ƏHALİNİN NƏZƏRİNƏ: Bu tarixdən havalar sərinləşir
27 İyul 2026, 13:50
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
931
07.05.2026, 17:08
Türkiyədə yayımlanan yeni sirkulyara əsasən, hər tədris ilinin əvvəlində məktəblərdə risk və təhdid qiymətləndirilməsi aparılacaq. Yüksək riskli hesab edilən təhsil müəssisələrinə xüsusi mühafizə və əlavə təhlükəsizlik qüvvələri cəlb olunacaq.
Təəssüf ki, bənzər aqressiya halları Azərbaycan məktəblərindən də yan keçmir. Son aylarda baş verən dəhşətli hadisələr cəmiyyəti sarsıdıb.
Xatırladaq ki, 2026-cı ilin fevral ayında Bakıda yerləşən "İdrak" liseyində dəhşətli hadisə baş vermişdi. Liseyin 11-ci sinif şagirdi odlu silahla məktəbə daxil olaraq öz müəlliminə atəş açmışdı. Hadisə nəticəsində müəllim ağır yaralanıb, şagird isə saxlanılmışdı.
Digər bir xoşagəlməz hadisə isə paytaxt məktəblərinin birində qeydə alınmışdı. Şagirdlər arasında yaranan münaqişə zəminində bir yeniyetmə sinif yoldaşının üzərinə yanıcı maddə tökərək onu yandırmışdı.
Psixoloq Vəfa Rəşidova: "Məktəblərdə kompleks psixoloji proqramlara ehtiyac var"
Məktəblərdəki ümumi gərginliyi və təhsil mühitindəki sosial problemləri Oxu24.com-a analiz edən tanınmış psixoloq Vəfa Rəşidova birmənalı şəkildə bildirdi ki, yalnız fiziki mühafizə kifayət deyil, dərin psixoloji islahatlar aparılmalıdır.
Mütəxəssis ilk növbədə bullinq (akran zorakılığı) məsələsinə toxunaraq qeyd etdi ki, bu istiqamətdə xüsusi proqramlar tərtib olunmalıdır:
"Bu, uşaqlara mütəmadi olaraq məktəblərdə maarifləndirmə şəklində çatdırılmalıdır. İstər məktəb psixoloqu, istərsə də kənardan dəvət olunmuş elmli bir insan bullinq haqqında uşaqlarla müzakirələr aparmalı, görüşlər keçirməlidir”.
Müəllimlərin mövcud vəziyyəti barədə danışan V.Rəşidova vurğuladı ki, müəllimlər üçün xüsusi psixoloji seansların təşkili qaçılmazdır: "Müəllimlər həddindən artıq yorğun, gərgin və narahatdırlar. Onlar özləri də bu problemlərin yaşanmasını istəmirlər, çünki baş verən hər bir hadisə bilavasitə müəllimə təsir edir; o, psixoloji travma alır, sarsıntı keçirir, hətta işindən olur. Müəllimin əməyini, çörək pulu üçün çəkdiyi zəhməti nəzərə alaraq deyə bilərəm ki, onlar üçün mütəmadi görüşlər keçirilməlidir. Bu, müəllimlər üçün rahat bir mühit yaradar. Nəzərə alaq ki, müəllimlərin çoxunun maddi və vaxt baxımından fərdi psixoloqa getmək imkanları məhduddur”.
Psixoloq uşaqların daxili dünyası ilə bağlı maraqlı bir məqamı əlavə edib. O bildirib ki, məktəblərdə uşaqlar üçün ayrıca bir "özünüifadə proqramı" olmalıdır:
“Uşaqlar utanmadan, çəkinmədən və qorxmadan öz fikirlərini bildirməyi öyrənməlidirlər. Bu bacarıq onlara xüsusi psixoloji təlimlər vasitəsilə aşılanmalıdır”.
Valideyn məsuliyyəti haqqında danışarkən mütəxəssis diqqətə çatdırdı ki, evdəki mühit birbaşa məktəbə daşınır:
“Valideynlər çox vaxt bilmədən evdə aqressiya sərgiləyirlər. Uşaq üçün model ana və atadır. Əgər evdə şiddət və aqressiya varsa, uşaq bunu mütləq məktəbdə tətbiq edəcək. Valideynlər öz davranışlarına çəki-düzən verməlidirlər ki, uşaqlar digər yoldaşlarını incitmədən təhsil ala bilsinlər”.
Sonda məktəb rəhbərliyi barədə fikirlərini bölüşən Vəfa Rəşidova xüsusi olaraq bildirdi ki, direktorlar da bu prosesdən kənarda qalmamalıdır: "Məktəb direktorları üçün də xüsusi proqramlar olmalıdır. İntensiv iş rejimində çalışan hər bir kəs kimi, onların da aqressiyanın azaldılması və “yanma sindromu” yaşamaması üçün psixoloji dəstəyə ehtiyacı var”.
Psixoloq bir daha təkrar etdi ki, məktəblərdə bu proqramların multidissiplinar (çoxşaxəli) şəkildə tətbiqi mütləqdir.
Çimnaz Telmanqızı
14:34 / 27 İyul 2026
32
14:28 / 27 İyul 2026
41
14:04 / 27 İyul 2026
60
13:59 / 27 İyul 2026
65
13:55 / 27 İyul 2026
57
13:50 / 27 İyul 2026
64
13:47 / 27 İyul 2026
53
13:40 / 27 İyul 2026
68
13:30 / 27 İyul 2026
70
13:15 / 27 İyul 2026
72
12:59 / 27 İyul 2026
77
12:45 / 27 İyul 2026
69
12:45 / 27 İyul 2026
79
12:38 / 27 İyul 2026
81
12:30 / 27 İyul 2026
63
12:29 / 27 İyul 2026
69
12:25 / 27 İyul 2026
70
12:21 / 27 İyul 2026
67
12:15 / 27 İyul 2026
74
11:55 / 27 İyul 2026
79
11:52 / 27 İyul 2026
77
11:35 / 27 İyul 2026
63
11:35 / 27 İyul 2026
90
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.