Süni intellekt brauzerlərində yaratdığı əsas təhlükə
28 İyul 2026, 22:20
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
627
07.05.2026, 16:48
Prezident İlham Əliyev tərəfindən təsdiq edilən “Azərbaycan Respublikasının Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun ölkəmizdə əməkhaqqı sahəsində gender bərabərliyinin daha dolğun şəkildə təmin olunmasına yönəlib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, yeni Qanunla Əmək Məcəlləsinin 12-ci və 154-cü maddələrində dəyişikliklər edilib.
Bu dəyişikliklər işəgötürənin cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqı ödəməyə borclu olduğunu, işin bərabər dəyərli olmasının əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edildiyini nəzərdə tutur.
“Həmçinin “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunda Məcəllədə edilmiş bu dəyişikliklərə uyğun dəyişikliklər edilir.
Bu dəyişikliklər əmək qanunvericiliyində gender bərabərliyi ilə bağlı yanaşmaların mütərəqqi beynəlxalq təcrübə, habelə Beynəlxalq Əmək Təşkilatının standartları əsasında təkmilləşdirilməsi istiqamətində növbəti addımdır.
Cinsindən asılı olmayaraq bərabər dəyərli iş üçün bərabər əmək haqqının təmin edilməsi BMT Baş Assambleyasının müvafiq qətnaməsi ilə qəbul edilmiş Dayanıqlı İnkişaf Məqsədləri içərisində də (DİM-8) yer alır".
Qeyd edilib ki, Azərbaycanda son illər qadın əməyi ilə bağlı aparılan islahatlar Dünya Bankı Qrupunun və Beynəlxalq Valyuta Fondunun 2025-ci il Yaz İclasında nümunə kimi göstərilib. Həmçinin, ötən il ölkəmiz BƏT və BMT-nin Qadınlar Təşkilatı və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının rəhbərlik etdiyi Bərabər əməkhaqqı üzrə Beynəlxalq Koalisiyaya (EPIC) üzv də qəbul edilib”, - məlumatda deyilir.
00:01 / 29 İyul 2026
3
23:54 / 28 İyul 2026
37
22:39 / 28 İyul 2026
41
22:39 / 28 İyul 2026
59
22:26 / 28 İyul 2026
66
22:20 / 28 İyul 2026
72
21:57 / 28 İyul 2026
63
21:48 / 28 İyul 2026
73
21:26 / 28 İyul 2026
69
21:05 / 28 İyul 2026
75
20:53 / 28 İyul 2026
67
20:26 / 28 İyul 2026
70
20:08 / 28 İyul 2026
70
19:48 / 28 İyul 2026
190
19:44 / 28 İyul 2026
84
19:38 / 28 İyul 2026
445
19:28 / 28 İyul 2026
552
19:24 / 28 İyul 2026
82
19:19 / 28 İyul 2026
148
19:14 / 28 İyul 2026
87
19:12 / 28 İyul 2026
80
18:34 / 28 İyul 2026
89
17:55 / 28 İyul 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.