Bakıda güclü külək iki nəfəri xəstəxanalıq etdi
27 İyul 2026, 12:45
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
952
04.05.2026, 23:18
Kəndlərdə doludur: qramı 100 manata satılır
Sosial şəbəkələrdə və satış saytlarında iribuynuzlu heyvanların öd daşının alqı-satqısı ilə bağlı elanlar yenidən gündəmə gəlib. Belə ki, bəzi şəxslər müxtəlif xəstəliklərin müalicəsi məqsədilə qəssablara müraciət edərək heyvanın ödündən çıxan daşı almağa çalışır. İddialara görə, hazırda bu daşlar daha da bahalaşıb, qramı 20-25 manata təklif olunur.
Oxu24.com xəbər verir ki, globalinfo.az-a danışan heyvandarlıq sahəsi üzrə ekspert Tural Abdullayev deyib ki, mal-qaranın öd daşına tələbatın artmasının əsas səbəbi onunla bağlı formalaşan ənənəvi və elmi olmayan inanclardır:
"Xalq arasında bu daşın xüsusilə qaraciyər, öd yolları və bəzi iltihabi xəstəliklərə qarşı faydalı olduğu düşünülür, buna görə də insanlar alternativ müalicə vasitəsi kimi ona maraq göstərirlər. Heyvandarlıq və baytarlıq baxımından isə bu iddiaların elmi təsdiqi yoxdur.
Öd daşı əslində heyvanın orqanizmində yaranan patoloji törəmədir və müalicəvi xüsusiyyət daşıdığı sübut olunmayıb. Buna görə də belə məhsulların istifadəsi həm effekt verməyə, həm də sağlamlıq baxımından risk yarada bilər".
Ekspert bildirib ki, deyilən qiymətlər sabit və rəsmi deyil:
"Elan saytlarında və qeyri-rəsmi satışlarda mal-qaranın öd daşı ilə bağlı qiymətlər adətən razılaşma yolu ilə və dəyişkən olur. Bazarda daha çox qramı 20-25, bəzi hallarda isə nadir və böyük daşlar üçün ümumi qiymət 80-100 manat, hətta daha yuxarı deyilir. Yəni qiymət standart deyil, çünki bu məhsulun rəsmi bazarı yoxdur. Dəyər əsasən daşın ölçüsü, nadirliyi və alıcı tələbi ilə formalaşır. Bəzi hallarda satıcılar qiyməti şişirdir, çünki alıcılar bunu "müalicəvi" hesab edir".
12:45 / 27 İyul 2026
1
12:45 / 27 İyul 2026
4
12:38 / 27 İyul 2026
22
12:30 / 27 İyul 2026
38
12:29 / 27 İyul 2026
38
12:25 / 27 İyul 2026
40
12:21 / 27 İyul 2026
40
12:15 / 27 İyul 2026
49
11:55 / 27 İyul 2026
59
11:52 / 27 İyul 2026
59
11:35 / 27 İyul 2026
55
11:35 / 27 İyul 2026
73
11:14 / 27 İyul 2026
69
11:10 / 27 İyul 2026
63
11:06 / 27 İyul 2026
57
10:52 / 27 İyul 2026
71
10:43 / 27 İyul 2026
66
10:37 / 27 İyul 2026
64
10:28 / 27 İyul 2026
86
10:14 / 27 İyul 2026
80
09:55 / 27 İyul 2026
79
09:44 / 27 İyul 2026
74
09:23 / 27 İyul 2026
73
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.