Məhəllədə sürülməyən maşına texniki baxış cəriməsi yazıla bilər? – Ekspertdən VACİB AÇIQLAMA
31 İyul 2026, 14:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1626
04.05.2026, 10:11
“Prezident İlham Əliyevin imzaladığı “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” Sərəncamla bu ilin əvvəlindən bütün növ əmək pensiyaları artırılıb. Yeni Sabah xəbər verir ki, artımlar əvvəlki ildəki orta aylıq əmək haqqının artım tempinə uyğun olaraq həyata keçirilib və bu proses 1 milyon 100 mindən çox vətəndaşı əhatə edib”.
Oxu24.com xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov bildirib.
Deputat deyib ki, bu il işləyən pensiyaçıları daha fərqli və sərfəli mexanizm gözləyir. Onun sözlərinə görə, mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxslərin pensiyası sonradan topladıqları kapital əsasında 6 ildən sonra yenidən hesablanır.
Deputat izah edib ki, bu zaman vətəndaşın fərdi hesabında toplanan məcburi dövlət sosial sığorta haqlarının 90 faizi nəzərə alınır və həmin məbləğ 72-yə bölünərək pensiyaya əlavə olunur. Bu isə ciddi artım deməkdir.
Vüqar Bayramov vurğulayıb ki, 2026-cı ildə işləyən pensiyaçılar üçün ikiqat artım imkanı yaranır. Belə ki, əvvəlcə onların pensiyası 9,3 faiz indeksləşdirilir, daha sonra isə 6 illik iş müddəti tamam olanlar üçün əlavə yenidən hesablanma tətbiq edilir.
Deputat konkret nümunə də açıqlayıb. Belə ki, əgər vətəndaşa 2020-ci ilin mayında 800 manat pensiya təyin olunubsa və o, işləməyə davam edibsə, 2026-cı ildə onun pensiyası əvvəlcə indeksasiya nəticəsində 74,4 manat artırılır. Daha sonra 6 il ərzində toplanmış 25 200 manat pensiya kapitalı 72-yə bölünərək əlavə 350 manat hesablanır.
Nəticədə həmin şəxsin aylıq pensiyası 1224,4 manata yüksəlir.
İqtisadçının sözlərinə görə, bu mexanizm işləyən pensiyaçıların sosial rifahının artırılmasına xidmət edir və onları əmək fəaliyyətini davam etdirməyə stimullaşdırır.
14:55 / 31 İyul 2026
16
14:30 / 31 İyul 2026
50
14:29 / 31 İyul 2026
54
14:12 / 31 İyul 2026
61
13:53 / 31 İyul 2026
70
13:35 / 31 İyul 2026
70
13:25 / 31 İyul 2026
83
13:12 / 31 İyul 2026
89
13:07 / 31 İyul 2026
68
13:01 / 31 İyul 2026
68
12:55 / 31 İyul 2026
77
12:52 / 31 İyul 2026
73
12:50 / 31 İyul 2026
96
12:47 / 31 İyul 2026
75
12:40 / 31 İyul 2026
76
12:38 / 31 İyul 2026
452
12:20 / 31 İyul 2026
93
12:18 / 31 İyul 2026
365
12:12 / 31 İyul 2026
159
11:59 / 31 İyul 2026
68
11:58 / 31 İyul 2026
171
11:46 / 31 İyul 2026
463
11:45 / 31 İyul 2026
71
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.