Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
676
01.05.2026, 09:57
Son vaxtlar Qəbələ şəhərində bir sıra rəsmi tədbirlərin keçirilməs paytaxtın köçürülməsi ilə bağlı müzakirələri gündəmə gəlib. Coğrafi mövqeyi və təbii şəraiti üstünlük kimi qeyd olunsa da, Bakı ilə müqayisədə mövcud imkanları və standartlara uyğunluğu suallar doğurur.
Oxu24.com xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən iqtisadçı Xalid Kərimli bildirib ki, paytaxtın köçürülməsi absurd fikirdir.
Ekspertin sözlərinə görə, dövlətin bir çox tədbirlərinin Qəbələdə keçirilməsi üçün yaxşı şərait var. Çox müsbət haldır ki, xüsusilə tıxac şəraitində rəsmi tədbirlər orada keçirilir. Həm də ola bilsin ki, təhlükəsizlik məsələləri daha yaxşı həll oluna bilir, xüsusilə indiki gərgin vaxtda… Çünki Azərbaycanın ortasında yerləşir. Bakının paytaxt kimi formalaşması, infrastrukturun bu yerə gəlməsinə yüz milyardlarla pul xərclənib. Təkcə müstəqillik dövründə deyil, Sovet dövründə də, ondan da əvvəl – XVIII-XIX-cu əsrlərin ortalarından Bakının paytaxt kimi formalaşdırılması istiqamətində işlər gedib, yatırımlar edilib. Böyük investisiyadan söhbət gedir. İndi götürüb bu qədər binaları başqa yerdə tikmək və s. ölkə üçün əlavə yük yaradar, ölkənin resurslarının səmərəsiz xərclənməsinə gətirib çıxara bilər. Belə düzgün seçim olsaydı, onda hamı paytaxtı götürüb ərazilərdə gəzdirərdi, bütün ərazilər inkişaf etmiş olardı. Ümumiyyətlə, paytaxtın dəyişdirilməsi ilə bağlı müzakirələrin heç bir arqumentini xüsusilə inkişaf məqsədilə əlaqələndirəndə qəbul və düzgün hesab etmirəm”.//pravda.az
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.