Eynulla Fətullayev "Haqqın"ı satdı - Azərbaycandan gedir
01 May 2026, 10:59
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
368
01.05.2026, 09:25
Kirayə mənzil bazarında son vaxtlar həyata keçirilən dəyişikliklər diqqəti yenidən bu sahədəki problemlərə yönəldib. Xüsusilə müqaviləsiz kirayə münasibətlərinə görə tətbiq olunan inzibati cərimələrin artırılması mövzusu həm ev sahibləri, həm də kirayəçilər arasında müzakirələrə səbəb olub.
Oxu24.com xəbər verir ki, əvvəllər bu qaydanın pozulmasına görə 30 manat cərimə tətbiq edilirdisə, yeni qaydalara əsasən məbləğin 300 manata qədər yüksəldilməsi artıq daha sərt nəzarət mərhələsinə keçildiyini göstərir.
Mütəxəssislərin fikrincə, bu addımın əsas məqsədi kirayə bazarında uzun illərdir mövcud olan qeyri-rəsmi münasibətləri aradan qaldırmaq, bütün kirayə əməliyyatlarını rəsmi müqavilələr çərçivəsinə salmaq və vergi uçotunu gücləndirməkdir. Beləliklə, həm dövlət büdcəsinə daxilolmaların artırılması, həm də bazarda şəffaflığın təmin edilməsi hədəflənir.
Ekspertlərin sözlərinə görə, bu dəyişikliklər kirayə münasibətlərinin daha sivil və beynəlxalq standartlara uyğun şəkildə formalaşmasına xidmət edir. Eyni zamanda, vergi sisteminə daha çox iştirakçının cəlb olunması iqtisadi baxımdan da əhəmiyyətli sayılır.
Hazırda kirayə gəlirlərinə tətbiq olunan vergi dərəcəsinin 14 faizdən 10 faizə endirilməsi müəyyən yumşaldıcı addım kimi qiymətləndirilsə də, mütəxəssislər hesab edir ki, daha balanslı yanaşma - həm nəzarətin gücləndirilməsi, həm də vergi yükünün optimallaşdırılması daha effektiv nəticə verə bilər.
Əmlak məsələləri üzrə ekspert Elnur Azadov Musavat.com-a açıqlamasında bildirib ki, elə evlər var ki, onların rəsmi sənədi yoxdur. Bu isə müqavilə bağlanması məsələsini çətinləşdirir:
Həmçinin oxuyun
“Çünki sənədi olmayan evdə kirayə müqaviləsinin necə rəsmiləşdiriləcəyi sual doğurur və bu mövzu açıq qalır.
Əslində vətəndaşın öz mülkiyyətində olan əmlak var və orada yaşayış üçün bütün şərait – qaz, su, işıq və digər kommunal xidmətlər mövcuddur. Lakin kirayə vermək üçün müqavilə imzalanmalıdır, müqavilə üçün isə adətən çıxarış tələb olunur. Bir çox vətəndaş bu sənədləşməni həyata keçirə bilməyib.
Digər hallarda isə müqavilənin bağlanması hər iki tərəfi qoruyur. Müqavilə həm ev sahibinin, həm də kirayəçinin öhdəliklərini müəyyən edir və hüquqi təminat yaradır.
Ev sahibi üçün bu, risklərin azalması deməkdir. Məsələn, kirayəçi evdən çıxmaqdan imtina edə, ödənişləri gecikdirə və ya evə zərər vura bilər. Müqavilə bu kimi halların qarşısını almaqda hüquqi əsas rol oynayır. Eyni zamanda kirayəçi üçün də müəyyən risklər var. Bunlara gözlənilmədən kirayə haqqının artırılması, vaxtından əvvəl evdən çıxarılma və ya yaşayış şəraitinin dəyişdirilməsi kimi hallar daxildir. Müqavilə bu məsələlərdə də tərəflərin hüquqlarını qoruyur və sabitlik yaradır. Bununla yanaşı, kirayə bazarında müxtəlif əlavə xərclər də mövcuddur – vasitəçi xidmətləri, komissiyalar, köçmə və təmir xərcləri və s. Bu da bazarı daha mürəkkəb edir”.
E. Azadov bildirir ki, hazırda tətbiq olunan 10 faizlik vergi dərəcəsi yüksəkdir və daha da aşağı salınmalıdır: “Çünki mənzillərin böyük hissəsi hələ də qeyri-rəsmi şəkildə kirayə verilir. Mütəxəssislərin fikrincə, verginin 5-7 faizə endirilməsi daha effektiv ola bilər. Cərimələrin isə hazırda daha çox inzibati nəzarət vasitəsi kimi nəzərdə tutulduğu bildirilir. Amma sual yaranır ki, bu cərimələr kirayə bazarına və qiymətlərə təsir edəcəkmi?
Cərimələrin artırılması kirayə qiymətlərinə ciddi təsir göstərməyəcək. Əksinə, hesab olunur ki, qiymətlər daha çox bazar şərtləri və vergi yükü ilə formalaşır. Ona görə də cərimələrin artması kirayə qiymətlərini birbaşa dəyişməyəcək”.
11:11 / 01 May 2026
6
10:59 / 01 May 2026
125
10:49 / 01 May 2026
101
10:37 / 01 May 2026
245
10:29 / 01 May 2026
47
10:18 / 01 May 2026
163
10:13 / 01 May 2026
49
10:06 / 01 May 2026
64
09:57 / 01 May 2026
57
09:40 / 01 May 2026
39
09:19 / 01 May 2026
51
09:14 / 01 May 2026
46
09:12 / 01 May 2026
42
01:27 / 01 May 2026
290
23:57 / 30 Aprel 2026
264
23:43 / 30 Aprel 2026
504
23:23 / 30 Aprel 2026
197
23:11 / 30 Aprel 2026
217
22:49 / 30 Aprel 2026
131
22:39 / 30 Aprel 2026
126
22:19 / 30 Aprel 2026
153
22:03 / 30 Aprel 2026
186
21:50 / 30 Aprel 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.