Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
766
30.04.2026, 23:11
Azərbaycanda gömrük bəyannamələrinin ləğvi mümkün olacaq.
Oxu24.com Trend-ə istinadən xəbər verir ki, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Gömrük orqanlarının elektron informasiya sistemində olan gömrük bəyannaməsi aşağıdakı hərəkətlər 1 ay ərzində həyata keçirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək:
- bəyan edilmiş mallar gömrük ərazisinə gətirilmədikdə və ya bu ərazidən aparılmadıqda;
- düzəliş edilməsi üçün bəyannaməçiyə geri qaytarılmış gömrük bəyannaməsi düzəlişlər edilərək yenidən gömrük orqanına təqdim edilmədikdə;
- gömrük orqanına təqdim edilmiş gömrük bəyannaməsi elektron formada bəyannaməçi tərəfindən təsdiq edilmədikdə.
Həmçinin qısa idxal və ixrac bəyannamələrinin ləğvi mümkün olacaq.
Qanun layihəsinə əsasən, qısa idxal bəyannaməsi bəyannaməçinin müraciəti olduqda, habelə bəyan edilmiş mallar 200 gün ərzində gömrük ərazisinə gətirilmədikdə gömrük orqanı tərəfindən ləğv ediləcək.
Qısa ixrac bəyannaməsi bəyannaməçinin müraciətinə əsasən, habelə bəyan edilmiş mallar 150 gün ərzində gömrük ərazisindən aparılmadıqda gömrük orqanı tərəfindən ləğv ediləcək.
Bununla yanaşı, beynəlxalq müqavilələr çərçivəsində həyata keçirilən beynəlxalq daşımalar zamanı elektron informasiya sistemləri vasitəsilə mallar və nəqliyyat vasitələri barədə əvvəlcədən təqdim edilən ilkin məlumatlar həmin məlumatların tamlığından asılı olaraq qısa idxal bəyannaməsi kimi qəbul ediləcək.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.