Eynulla Fətullayev haqqin.az-ı 2 milyona satıb?
10 İyun 2026, 13:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
527
30.04.2026, 22:19
Təxminən altı il əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmisi dizel avtomobillərdən istifadənin mərhələli şəkildə məhdudlaşdırılacağını bildirmişdi. Hazırda bəzi Avropa ölkələri də dizel mühərrikli avtomobillərdən imtina etməyə hazırlaşır. Bəs ölkəmizdə bu istiqamətdə hansı işlər görülür?
Oxu24.com xəbər verir ki, Baku TV-nin süjetində qeyd olunur ki, nəqliyyat eksperti Eldəniz Cəfərovun fikrincə, Azərbaycan Avropa Birliyinin üzvü olmadığı üçün ölkəyə dizel mühərrikli avtomobillərin idxalına hər hansı bir məhdudiyyət qoyulmayacaq:
"Baxmayaraq ki, biz avtomobil seqmentində Avropa spesifikasiyasına aidik, amma Avropa İttifaqının üzvü deyilik və bizim ölkəmizdə, təbii ki, dizel mühərrikli avtomobillərin idxalı zamanı hər hansı bir məhdudiyyət olmayacaq".
Bu gün ölkəmizə gətirilən hibrid, "plug-in" hibrid, benzin və dizel avtomobillərinin gömrük rüsumları arasında heç bir fərq yoxdur. Ancaq sözsüz ki, benzin, ələlxüsus da dizel mühərrikli avtomobillər havanı daha çox çirkləndirir. Bu mənada sözügedən avtomobillərin gömrük rüsumunda dəyişikliyin edilməsi mümkündürmü?
Azərbaycan Avtomobil Dilerləri Assosiasiyasının İdarə Heyətinin sədri Eyyub Əliyev deyir ki, gələcəkdə dizel yanacaq növü ilə çalışan avtomobillərə hər hansı məhdudiyyətin qoyulması gözlənilmir. Çünki Azərbaycanda bir çox idarələrin, müəssisələrin balansında olan avtomobillər məhz dizel mühərrikli maşınlardır: "Xüsusən də yükdaşımada istifadə olunan iritonnajlı avtomobillər bu tip maşınlar sırasında olduğu üçün bizdə gələcəkdə buna hansısa bir məhdudiyyətin qoyulmasına inanmıram".
13:44 / 10 İyun 2026
21
13:35 / 10 İyun 2026
36
13:31 / 10 İyun 2026
36
13:27 / 10 İyun 2026
37
13:23 / 10 İyun 2026
204
13:15 / 10 İyun 2026
56
13:12 / 10 İyun 2026
56
12:54 / 10 İyun 2026
935
12:52 / 10 İyun 2026
53
12:48 / 10 İyun 2026
69
12:43 / 10 İyun 2026
71
12:38 / 10 İyun 2026
68
12:29 / 10 İyun 2026
412
12:27 / 10 İyun 2026
217
12:19 / 10 İyun 2026
108
12:16 / 10 İyun 2026
77
12:13 / 10 İyun 2026
73
12:00 / 10 İyun 2026
92
11:52 / 10 İyun 2026
76
11:47 / 10 İyun 2026
248
11:41 / 10 İyun 2026
127
11:36 / 10 İyun 2026
98
11:32 / 10 İyun 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.