Ələt qəsəbəsində yaşayanlara ŞAD XƏBƏR
27 İyul 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
508
30.04.2026, 16:24
Yuxuya getmək niyə bəzən çətin, bəzən isə həddən artıq asan olur?
Mövzu ilə bağlı Oxu24.com-a danışan Endokrinoloq Dr. Fərhad Burzu bildirib ki,bir çox insan üçün bu sual gündəlik həyatın səssiz, amma ciddi problemlərindən biridir.
Normalda sağlam bir insanın yuxuya getməsi 10–20 dəqiqə çəkməlidir. Amma bu müddət çox qısa və ya çox uzun olarsa, bədən bizə bir mesaj göndərir deməkdir.
Həkimin sözlərinə görə,başın yastığa dəyən kimi yuxuya getmək ilk baxışda yaxşı səslənsə də, əslində bu, yuxu çatışmazlığının göstəricisi ola bilər. Gün ərzində davamlı yorğunluq, diqqət dağınıqlığı, əsəbilik və kofein ehtiyacı bunun əsas siqnallarıdır. Digər tərəfdən, uzun müddət yuxuya gedə bilməmək də bədəni lazımi istirahətdən məhrum edir və gündəlik funksiyalara mənfi təsir göstərir.
"Sağlam yuxu üçün ənənəvi, sınanmış üsullar hələ də işləyir: hər gün eyni saatda yatmaq, yatmazdan əvvəl sakitləşmək, telefonu bir kənara qoymaq və yataq otağını qaranlıq, səssiz saxlamaq. Bunlar sadə görünsə də, illərdir öz təsirini sübut edib.
Nəzərdə saxlamaq lazımdır ki, endokrinoloji olaraq yuxunun keyfiyyətinə təsir edəcək bir çox faktorlar var. Bunlara qalxanvari vəz xəstəliyi, qandakı bəzi mineralların və vitaminlərin defisiti də aiddir.Unutmayın, yuxu lüks deyil- ən təbii ehtiyaclardan biridir",-deyə həkim bildirib.
Nigar
19:15 / 27 İyul 2026
1
19:13 / 27 İyul 2026
5
19:02 / 27 İyul 2026
14
18:48 / 27 İyul 2026
265
18:45 / 27 İyul 2026
64
18:33 / 27 İyul 2026
53
18:30 / 27 İyul 2026
397
18:22 / 27 İyul 2026
54
18:20 / 27 İyul 2026
2850
18:10 / 27 İyul 2026
59
17:59 / 27 İyul 2026
66
17:40 / 27 İyul 2026
76
17:23 / 27 İyul 2026
157
17:07 / 27 İyul 2026
81
17:00 / 27 İyul 2026
82
16:42 / 27 İyul 2026
74
16:21 / 27 İyul 2026
79
16:18 / 27 İyul 2026
202
16:16 / 27 İyul 2026
100
15:59 / 27 İyul 2026
106
15:45 / 27 İyul 2026
90
15:21 / 27 İyul 2026
99
15:20 / 27 İyul 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.