Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
558
29.04.2026, 16:48
Fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün gömrük ödənişlərini ödəmədən ölkəyə dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğində mal gətirilməsi məsələsinə dəyişiklik nəzərdə tutulmur.
Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Şahin Bağırov qeyd edib ki, bir sıra ölkələrdə vətəndaşlar üçün belə güzəştlər azaldılsa və ləğv olunsa da, Azərbaycanda sosial yanaşma baxımından bu limit saxlanılır: “Azərbaycanda 1 milyon 200 mindən çox insan elektron ticarətlə məşğuldur, 18 milyon da bəyannamə olub. Elektron ticarətin həcmi artır. Bunun uçotunu yaratmaq lazımdır, biz bunu yaratmışıq. Elektron ticarət məsələsindən bəzi hallarda insanlar sui-istifadə edir, aylara bölərək malları paylanmış şəkildə, yaxud həmin mallar başqa insanların adı altında ölkəyə gətirirlər. Demirik ki, elektron ticarətdə bunun faizi çoxdur, amma belə hallar var”.
Qeyd edək ki, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”na əsasən, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.