Bu ərazilərdə siqaret çəkmək QADAĞAN olundu
10 İyul 2026, 12:54
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
437
29.04.2026, 16:38
Son dövrlərdə “Temu” platforması vasitəsilə Azərbaycana daxil olan bağlamaların həcmi kəskin artıb, platforma ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib.
Oxu24.com xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugün keçirilən iclasında Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin müzakirəsi zamanı bildirib.
Şahin Bağırov qeyd edib ki, bir anda təxminən 400 tona yaxın yük hava limanına daxil olub və bu, əvvəlcədən elektron məlumatların təqdim edilməməsi səbəbindən gömrük orqanları üçün əlavə çətinliklər yaradıb: “Daxil olan bağlamaların kimə məxsus olduğunu müəyyənləşdirmək və riskləri qiymətləndirmək üçün bütün yüklər gömrük tərəfindən öz resursları hesabına yoxlanılıb. Elektron məlumatlar verilmədən, bildirişlər olmadan birdən-birə külli miqdarda yüklər gətirildi. Biz məcbur olduq ki, onları öz resurslarımızla hesablayaq və kimə məxsus olduğunu müəyyən edək. Çünki elektron ticarət adı altında təkcə istehlak malları deyil, riskli məhsullar da daxil ola bilər. Dərmanlar, psixotrop maddələr və digər qadağan olunmuş məhsulların da daxil olma ehtimalı var. Buna görə gömrüyün əsas öhdəliyi təhlükəsizlik və nəzarəti təmin etməkdir. Sonradan məsələ operativ şəkildə tənzimləndi. "Temu" qarşısında biz məsələ qoyduq ki, siz məlumatları əvvəlcədən verin, biz sistemə daxil edəcəyik. “Temu” ilə məlumatların əvvəlcədən təqdim olunması barədə razılıq əldə edilib. Hazırda platforma tərəfindən əvvəlcədən məlumatların təqdim olunması təmin edilir və risklərin idarə olunması sistemi vasitəsilə proseslər tənzimlənir".
12:54 / 10 İyul 2026
1
12:49 / 10 İyul 2026
12
12:45 / 10 İyul 2026
23
12:40 / 10 İyul 2026
34
12:37 / 10 İyul 2026
35
12:27 / 10 İyul 2026
48
12:27 / 10 İyul 2026
40
12:25 / 10 İyul 2026
84
12:17 / 10 İyul 2026
54
12:05 / 10 İyul 2026
47
12:04 / 10 İyul 2026
49
11:58 / 10 İyul 2026
52
11:52 / 10 İyul 2026
57
11:38 / 10 İyul 2026
66
11:37 / 10 İyul 2026
283
11:21 / 10 İyul 2026
58
11:11 / 10 İyul 2026
551
11:00 / 10 İyul 2026
333
10:50 / 10 İyul 2026
79
10:44 / 10 İyul 2026
88
10:31 / 10 İyul 2026
75
10:22 / 10 İyul 2026
78
10:17 / 10 İyul 2026
79
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.