Baş direktor və generallar medallarla təltif edildi
07 İyul 2026, 13:40
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1108
29.04.2026, 14:34
Azərbaycan Respublikası Prezidentinin 07 noyabr 2025-ci il tarixli Sərəncamı ilə təltif olunmuş hərbçilərin medallarının təqdimi prosesi davam edir.
Oxu24.com xəbər verir ki,şəhid Əbdülməcid Axundovun təltif olunduğu "Vətən Uğrunda" medalı onun anası Ceyran xanıma təqdim olunub.
Medalı Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Sumqayıt şəhər baş idarəsinin rəisi,general -mayor Natiq Qarayev təqdim edib.
Bu barədə Oxu24.com-a məlumatı şəhidin anası özü verib.
Qeyd edək ki,Əbdülməcid Axundov 2016-cı ilin 2-4 aprel tarixlərində baş vermiş və tarixə "Aprel Döyüşləri" kimi düşmüş toqquşmada şəhid olub.O,manqa komandiri idi.
1993-cü ilin 15 oktyabr günündə Sumqayıt şəhərində Nadirşah və Ceyran Axundovaların ailəsində anadan olub. 2010-cu ildə Sumqayıt şəhərində yerləşən 16 saylı tam orta məktəbi bitirən Əbdülməcid Axundov elə həmin il Azərbaycan Texniki Universitetinə daxil olub.
Əsgər Əbdülməcid Axundov 2016-cı ilin aprelin 2-də Seysulan istiqamətində qəhrəmancasına şəhid olub.
Aprelin 9-u isə Əbdülməcid Axundov doğulduğu Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.
Əbdülməcid Axundov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.
Haqqında filmlər çəkilib,geniş məqalələr yazılıb.
Miri Məcidli
13:40 / 07 İyul 2026
1
13:36 / 07 İyul 2026
14
13:29 / 07 İyul 2026
27
13:23 / 07 İyul 2026
39
13:15 / 07 İyul 2026
51
13:10 / 07 İyul 2026
380
12:54 / 07 İyul 2026
165
12:53 / 07 İyul 2026
61
12:42 / 07 İyul 2026
65
12:31 / 07 İyul 2026
296
12:25 / 07 İyul 2026
69
12:18 / 07 İyul 2026
130
12:00 / 07 İyul 2026
921
11:58 / 07 İyul 2026
81
11:52 / 07 İyul 2026
204
11:51 / 07 İyul 2026
64
11:33 / 07 İyul 2026
81
11:22 / 07 İyul 2026
114
11:10 / 07 İyul 2026
86
11:09 / 07 İyul 2026
93
11:05 / 07 İyul 2026
84
11:01 / 07 İyul 2026
251
10:53 / 07 İyul 2026
476
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.