Ələt qəsəbəsində yaşayanlara ŞAD XƏBƏR
27 İyul 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
24718
29.04.2026, 13:18
Məlum olduğu kimi,Azərbaycanda imkansız ailələrə sosial yardım verilir.Bu sahədə ən çox verilən suallardan biri də kimlərə bu maddi yardımın ödənilməsi ilə bağlıdır.
Oxu24.com oxuculardan gələn çoxsaylı sualları nəzərə alaraq bu sahədə maarifləndirici mövzuda yazı hazırlayıb.
Hansı ailələr sosial yardım almaq hüququna malikdir?
Oxu24.com xəbər verir ki,sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxsə, əlilliyi olan uşağa və ya 8 yaşına çatmamış uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər.
Sosial yardımın məbləği necə müəyyən edilir?
Sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır.
Ailə üzvlərinin gəlirləri hansı növlər üzrə bölünür?
Ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür.
Sosial yardımın təyin olunması zamanı kimlər ailə tərkibində nəzərə alınmır?
Sosial yardımın təyin olunması zamanı ailə tərkibində aşağıdakı şəxslər nəzərə alınmır:
1. Tam dövlət təminatında olan şəxslər (uşaq evi və internatlarda, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələrində, xüsusi təhsil müəssisələrində yaşayan şəxslər);
2. müddətli həqiqi hərbi xidmətdə olan şəxslər;
3. Cəzaçəkmə müəssisələrində cəza çəkən şəxslər;
4. Axtarışda olan şəxslər;
5. Azərbaycan Respublikasının ərazisində yaşamayan Azərbaycan Respublikası vətəndaşları;
6.Əcnəbilər (Azərbaycan Respublikasının ərazisində daimi yaşayanlar istisna olmaqla).
Sosial yardımın müddəti bitdikdən sonra təkrar müraciət etmək olarmı?
Aztəminatlı ailə sosial yardım almaq üçün təkrar müraciət etmək hüququna malikdir.
Hazırladı: Şahbaz
19:15 / 27 İyul 2026
1
19:13 / 27 İyul 2026
5
19:02 / 27 İyul 2026
14
18:48 / 27 İyul 2026
265
18:45 / 27 İyul 2026
64
18:33 / 27 İyul 2026
53
18:30 / 27 İyul 2026
397
18:22 / 27 İyul 2026
54
18:20 / 27 İyul 2026
2850
18:10 / 27 İyul 2026
59
17:59 / 27 İyul 2026
66
17:40 / 27 İyul 2026
76
17:23 / 27 İyul 2026
157
17:07 / 27 İyul 2026
81
17:00 / 27 İyul 2026
82
16:42 / 27 İyul 2026
74
16:21 / 27 İyul 2026
79
16:18 / 27 İyul 2026
202
16:16 / 27 İyul 2026
100
15:59 / 27 İyul 2026
106
15:45 / 27 İyul 2026
90
15:21 / 27 İyul 2026
99
15:20 / 27 İyul 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.