Bakıda güclü yanğın başladı
07 İyul 2026, 22:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
445
29.04.2026, 12:47
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Prof. Dr. Aktotı Raimkulovanın Qaziantep şəhərinə (Türkiyə) işgüzar səfəri çərçivəsində Türkiyə Arxeologiya və Mədəni İrs İnstitutunun rəhbəri professor Prof. Dr. Şaban Doğan , və Qaziantep Böyükşəhər Bələdiyyə sədri Fatma Şahin ilə görüşüb. ilə görüşü baş tutub.
Tərəflər Türk dünyasının ortaq mirasının qorunması və beynəlxalq səviyyədə tanıdılması istiqamətində strateji tərəfdaşlıq imkanlarını müzakirə ediblər.
Görüş zamanı Aktotı Raimkulova Şaban Doğanı Türkiyə Arxeologiya və Mədəni İrs İnstitutun rəhbər vəzifəsinə təyin olunması münasibətilə təbrik edib. Fondun prezidenti birgə əməkdaşlıq çərçivəsində Qaziantepdə keçirilən “Türk Mədəni İrsinə aid Strateji Əməkdaşlıq Konfransı: Mədəni Mülkiyyətin qanunsuz dövriyyəsinə qarşı mübarizə” layihəsini əməkdaşlığı dərinləşdirmək üçün mühüm fürsət kimi qiymətləndirib.
Qaziantep Böyükşəhər Bələdiyyə sədri Fatma Şahin öz növbəsində Türk Mədəniyyəti və İrsi Fondunun Türk dünyasının birliyinin möhkəmləndirilməsi və ortaq köklərin dünyaya tanıdılması istiqamətindəki fəaliyyətini yüksək qiymətləndirib. O, Fondun həyata keçirdiyi layihələrin mədəni yaddaşın qorunmasında mühüm rol oynadığını bildirərək, Qaziantepin bu ali missiyada hər zaman etibarlı bir tərəfdaş kimi iştirak etməyə hazır olduğunu vurğulayıb.
Professor Şaban Doğan öz növbəsində rəhbərlik etdiyi qurumun hədəflərindən danışaraq, Fondla əməkdaşlığa xüsusi önəm verdiklərini vurğulayıb. Professor Doğan vurğulayıb ki, aparılan tədqiqatlar və arxeoloji qazıntılar yalnız akademik xarakter daşımır, həm də Türk dünyasının ortaq tarixi yaddaşını gücləndirir.
Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq şəraitində keçib, tərəflər gələcək əməkdaşlığın perspektivlərinə dair əminliklərini ifadə ediblər.
22:44 / 07 İyul 2026
30
22:33 / 07 İyul 2026
43
22:25 / 07 İyul 2026
42
21:41 / 07 İyul 2026
65
21:07 / 07 İyul 2026
84
20:33 / 07 İyul 2026
85
20:23 / 07 İyul 2026
86
20:01 / 07 İyul 2026
84
19:57 / 07 İyul 2026
100
19:44 / 07 İyul 2026
100
19:22 / 07 İyul 2026
94
18:58 / 07 İyul 2026
104
18:26 / 07 İyul 2026
110
18:11 / 07 İyul 2026
100
17:55 / 07 İyul 2026
122
17:55 / 07 İyul 2026
99
17:40 / 07 İyul 2026
105
17:38 / 07 İyul 2026
104
17:30 / 07 İyul 2026
113
17:22 / 07 İyul 2026
111
17:18 / 07 İyul 2026
119
17:11 / 07 İyul 2026
105
17:05 / 07 İyul 2026
116
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.