Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
568
29.04.2026, 11:24
Macarıstanın Mədəniyyət və İnnovasiya Nazirliyi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə “Macar Rapsodiya Layihəsi” ansamblı ölkəmizdə daha bir musiqi layihəsi üzrə çəkilişlər aparır.
Oxu24.com xəbər verir ki, ideya üzrə iki ölkənin incəsənət ustaları, beynəlxalq səviyyədə tanınmış saksofonçu və bəstəkar Balint Barsoninin (Balint Barsony) rəhbərliyi ilə yaradılmış musiqi ansamblı, Azərbaycanın tanınmış muğam ifaçıları - Xalq artisti Mənsum İbrahimov və Muğam Televiziya Müsabiqəsinin qalibi Kamilə Nəbiyeva arasında yaradıcı əməkdaşlıq həyata keçirilir. Əsas məqsəd türk-macar mədəni əlaqələrinin musiqi izlərini müasir və özünəməxsus musiqi dili vasitəsilə canlandırmaqdır.
Əməkdaşlıq çərçivəsində “Mehriban olaq” və “Sarı gəlin” kompozisiyaları üzrə videoçarxlar da çəkilmişdir. Çəkilişlər Azərbaycanın müxtəlif məkanlarında — Beynəlxalq Muğam Mərkəzi, Qız Qalası, Heydər Əliyev Mərkəzi, “Sea Breeze”, Beşbarmaq dağı və Xəzər dənizi sahilləri kimi ölkəmizin gözəl guşələrində lentə alınıb.
“Macar Rapsodiya Layihəsi” 2014-cü ildə Balint Barsoninin rəhbərliyi ilə yaradılıb. Səfər çərçivəsində kollektivin Beynəlxalq Muğam Mərkəzində konserti də keçirilib.
“Macar Rapsodiya Layihəsi” Almaniya, Slovakiya, Rumıniya, Türkiyə, Qazaxıstan, Çin və bir sıra digər ölkələrdə çıxışlar edib. Bu çıxışlar yalnız musiqi proqramı deyil, həm də mədəni dialoq və qohum xalqlar arasında əlaqələri gücləndirən yaradıcı platformadır.



03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.