Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3344
29.04.2026, 11:10
Xəbər verdiyimiz kimi,Prezident İlham Əliyev bir qrup iş adamını "Tərəqqi" medalı ilə təltif edib.
Oxu24.com xəbər verir ki,təltif olunanlar arasında Bəxtiyar Allahverdi də var.
O,ölkənin iqtisadi inkişafına verdikləri töhfəyə və sahibkarlıq sahəsində səmərəli fəaliyyətlərinə görə təltif edilib.
Bəxtiyar Allahverdi 1971-ci ildə Naxçıvan Muxtar Respublikasında anadan olub.
Satış, distribusiya və pərakəndə sektorlarında geniş iş təcrübəsinə malik olan Bəxtiyar Allahverdi 30 ildən artıqdır gündəlik istehlak malları (FMCG) sahəsində rəhbər vəzifələrdə çalışır.
2006-cı ildən “Veysəloğlu Distribusiya” şirkətinin baş direktoru olan Bəxtiyar Allahverdi şirkətin inkişafına, bazarda mövqelənməsinə və sürətlə böyüməsinə töhfə verib.
Bəxtiyar Allahverdi hazırda Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının sədr müavini və “Araz” supermarketlər şəbəkəsinin səhmdarlarından biri və “Veysəloğlu Distribusiya” şirkətinin idarə heyətinin sədridir.
Bu gün Veysəloğlu Şirkətlər Qrupu Azərbaycanın qeyri-neft sektorunda ölkə iqtisadiyyatına əhəmiyyətli töhfələr verən ən iri işəgötürənlərindən biridir. Gündəlik tələbat məhsulları (FMCG) sektorunda ixtisaslaşan Şirkətlər Qrupuna distribusiya, istehsalat və pərakəndə mağazaçılıq fəaliyyətləri üzrə xidmət göstərən şirkətlər daxildir.
Miri Məcidli
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.