Qaynar xətt:

(+99450) 247 90 86

AMEA-nın vəzifəli şəxsi Türkiyədə vəfat etdi - FOTO 

AMEA-nın vəzifəli şəxsi Türkiyədə vəfat etdi - FOTO 

CƏMİYYƏT

87

28.04.2026, 20:50

Azərbaycan Milli Elmləri Akademiyasının (AMEA) vəzifəli şəxsi dünyasını dəyişib.

 

Oxu24.com  xəbər verir ki, AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru Yusif Şükürlü bu gün İstanbul Memorial Hospitalında vəfat edib.

 

O, bir müddət əvvəl müalicə məqsədilə Türkiyəyə aparılmışdı.

 

Qeyd edək ki, Y.Şükürlü 1948-ci ildə Şəki rayonunun Baş Şabalıd kəndində anadan olub. O, Bakı Dövlət Universitetinin Fizika fakültəsində təhsil alıb. 2007-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Fizika-riyaziyyat elmləri namizədi olan Y.Şükürlü 2014-cü ildən AMEA Şəki Regional Elmi Mərkəzinin direktoru işləyib.

 

Çox sayda elmi məqalənin, kitab və monoqrafiyaların, patentlərin və ixtiraların müəllifi olub. 2025-ci ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Tərəqqi" medalı ilə təltif edilib./oxu.az