Qaynar xətt:

(+99450) 247 90 86

İcbari sığorta ödənişləri ARTDI 

İcbari sığorta ödənişləri ARTDI 

CƏMİYYƏT

75

28.04.2026, 20:19

Bu ilin yanvar-mart aylarında Azərbaycanda icbari sığorta növlərinin hesabına 65,476 milyon manat sığorta haqqı toplanılıb.

Oxu24.com  Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,7 milyon manat və ya 28,2% azdır.

Hesabat dövründə icbari sığorta növləri üzrə ödənişlər isə 8,2 milyon manat və yaxud 27,4% artaraq 38,137 milyon manata çatıb.

Beləliklə, bu ilin yanvar-mart aylarında icbari sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 58,2 manatı müştərilərə geri ödənilib.

Qeyd edək ki, bu ilin yanvar-mart aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri vasitəsilə 417,753 milyon manat məbləğində sığorta haqqı toplanıb. Məlumata görə, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 18,7 milyon manat və ya 4,7% çoxdur.

Hesabat dövründə sığorta ödənişlərinin həcmi isə 218,456 milyon manat təşkil edib. Məlumata əsasən, bu, ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqayisədə 54,4 milyon manat və ya 33,2% çoxdur.