Toyuq alarkən bunlara diqqət edin – Ekspertdən XƏBƏRDARLIQ
07 İyul 2026, 14:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
498
28.04.2026, 14:29
Veysəloğlu Şirkətlər Qrupunun təsisçisi və icraçı direktoru Aydın Veysəloğlu ADA Universitetində keçirilən “Senior Talks” layihəsi çərçivəsində tələbələrlə növbəti dəfə bir araya gəlib. Layihənin davamı olaraq təşkil olunan görüş səhər yeməyi formatında baş tutub.
Xatırladaq ki, ADA Universitetinin Karyera Xidmətləri şöbəsi tərəfindən təşkil edilən “Senior Talks” layihəsinin əsas məqsədi iri şirkət rəhbərlərini tələbələrlə bir araya gətirmək, CEO-ların uğur hekayələrini bölüşmək, həmçinin tələbələri ölkədə fəaliyyət göstərən aparıcı qurumlar, onların iş prinsipləri və işə qəbul prosesləri ilə yaxından tanış etməkdir. Layihə çərçivəsində ADA Universitetində keçirilən əvvəlki görüşdə ümumilikdə 90 tələbə iştirak edib və tədbir böyük maraqla qarşılanıb.
Layihənin davamı olaraq keçirilən budəfəki görüşdə “Senior Talks”da iştirakçısı olan 12 tələbə, eləcə də Veysəloğlu Şirkətlər Qrupunun bir neçə rəhbər şəxsi iştirak edib. Səmimi mühitdə keçən səhər yeməyi zamanı tələbələr onları maraqlandıran suallarla Aydın Veysəloğluna və şirkətin rəhbər heyətinə müraciət ediblər.
Görüş zamanı tələbələrlə karyera inkişafı, liderlik bacarıqları, biznes mühiti,eləcə də real iş təcrübəsinə dair fikir mübadiləsi aparılıb. İştirakçılar əvvəlki görüşdə əldə etdikləri bilikləri daha da dərinləşdirmək, birbaşa ünsiyyət vasitəsilə praktiki tövsiyələr almaq imkanı qazanıblar.
Qeyd edək ki, “Senior Talks” proqramı akademik mühitlə biznes sektoru arasında körpü rolunu oynayaraq, tələbələrin peşəkar inkişafına mühüm töhfə verir. Bu kimi görüşlərin davamlı təşkili gənclərin real biznes dünyası ilə daha yaxından tanış olmasına və gələcək karyera seçimlərini daha düzgün istiqamətləndirməsinə xidmət edir.


14:48 / 07 İyul 2026
1
14:46 / 07 İyul 2026
9
14:31 / 07 İyul 2026
39
14:00 / 07 İyul 2026
58
13:55 / 07 İyul 2026
55
13:52 / 07 İyul 2026
70
13:45 / 07 İyul 2026
67
13:40 / 07 İyul 2026
73
13:36 / 07 İyul 2026
73
13:29 / 07 İyul 2026
74
13:23 / 07 İyul 2026
68
13:15 / 07 İyul 2026
76
13:10 / 07 İyul 2026
985
12:54 / 07 İyul 2026
325
12:53 / 07 İyul 2026
78
12:42 / 07 İyul 2026
82
12:31 / 07 İyul 2026
481
12:25 / 07 İyul 2026
86
12:18 / 07 İyul 2026
162
12:00 / 07 İyul 2026
1914
11:58 / 07 İyul 2026
91
11:52 / 07 İyul 2026
236
11:51 / 07 İyul 2026
70
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.