Ələt qəsəbəsində yaşayanlara ŞAD XƏBƏR
27 İyul 2026, 19:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
817
27.04.2026, 22:32
Abituriyentləri və valideynləri maraqlandıran ən aktual suallardan biri olan imtahan proqnozları ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli Oxu24.com-a geniş şərh verib.
Ekspert real vəziyyəti təhlil edərək abituriyentləri gözləyən mənzərəni Oxu24.com üçün aydınlaşdırıb.
"Balların kəskin dəyişəcəyini birmənalı demək çətindir".
Əmrah Həsənli bildirib ki, proqnoz verərkən real mənzərəni düzgün qiymətləndirmək vacibdir. Onun sözlərinə görə, balların səviyyəsi birbaşa abituriyentlərin hazırlıq səviyyəsi və universitetlərin təklif etdiyi plan yerlərindən asılıdır:
"Bu il balların kəskin enəcəyini və ya qalxacağını birmənalı demək çətindir. Son illərin tendensiyası göstərir ki, texniki sahələrə, xüsusilə İT və mühəndislik istiqamətlərinə maraq artdıqca, bu qruplarda rəqabət daha da kəskinləşir. Bu isə təbii olaraq nüfuzlu ixtisaslar üzrə keçid ballarının yuxarı pillədə qalmasına və ya cüzi artmasına səbəb olur".
Ekspert qeyd edib ki, ali təhsil müəssisələrində plan yerlərinin mütəmadi artırılması və yeni yaradılan universitetlərin qəbul prosesinə qoşulması ümumi bal göstəricilərində müəyyən bir balans yaradır. Xüsusilə region universitetlərində və bir qədər az müraciət olunan ixtisaslarda balların daha əlçatan olacağını proqnozlaşdırmaq olar. Dövlət sifarişli yerlərin sayındakı artım da aşağı və orta bal toplayan abituriyentlər üçün əlavə şans yaradır ki, bu da kütləvi şəkildə kəsilmə riskini azaldan əsas amillərdən biridir.
Abituriyentlərin artıq yeni imtahan modelinə və sual tiplərinə tam adaptasiya olduğunu deyən TİHA sədri builki nəticələrdə yüksək bal toplayanların sayında artım müşahidə oluna biləcəyini vurğulayıb:
"Bu, öz növbəsində reytinqli universitetlərin daxilində daxili rəqabəti artıracaq. Yəni, ümumi keçid balları stabil qalsa belə, prestijli ixtisaslar üçün mübarizə daha gərgin keçəcək. Abituriyentlər seçim zamanı təkcə keçən ilin ballarına deyil, həm də öz reytinq sıralamalarına diqqət yetirməlidirlər".
Abituriyentlərə çağırış: "Balların enməsinə ümid etməyin"…
Sonda ekspert abituriyentlərə tövsiyə edib ki, əsas məqam balların enməsinə ümid etmək deyil, imtahanın çətinlik dərəcəsinə və rəqiblərin gücünə hazır olmaqdır:
"Hazırkı vəziyyətdə ən sağlam yanaşma, imtahan nəticələri açıqlanana qədər tempi düşürmədən hazırlığı davam etdirməkdir. Unutmaq olmaz ki, keçid balı hərəkətli bir göstəricidir və o, yalnız seçim mərhələsində abituriyentlərin kütləvi marağı nəticəsində son formasını alır. Buna görə də, hər bir balın həlledici ola biləcəyi bir rəqabət mühitinə psixoloji olaraq hazır olmaq lazımdır".
Çimnaz Telmanqızı
19:15 / 27 İyul 2026
45
19:13 / 27 İyul 2026
49
19:02 / 27 İyul 2026
46
18:48 / 27 İyul 2026
340
18:45 / 27 İyul 2026
70
18:33 / 27 İyul 2026
60
18:30 / 27 İyul 2026
460
18:22 / 27 İyul 2026
63
18:20 / 27 İyul 2026
2855
18:10 / 27 İyul 2026
66
17:59 / 27 İyul 2026
71
17:40 / 27 İyul 2026
80
17:23 / 27 İyul 2026
165
17:07 / 27 İyul 2026
84
17:00 / 27 İyul 2026
84
16:42 / 27 İyul 2026
76
16:21 / 27 İyul 2026
80
16:18 / 27 İyul 2026
208
16:16 / 27 İyul 2026
101
15:59 / 27 İyul 2026
108
15:45 / 27 İyul 2026
92
15:21 / 27 İyul 2026
100
15:20 / 27 İyul 2026
98
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.