Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
633
27.04.2026, 21:53
Azərbaycan Mərkəzi Bankının (AMB) təsdiqlədiyi "2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası" çərçivəsində ötən il sukuk və kapital bazarlarına aid digər İslam maliyyə məhsulları ilə bağlı hüquqi çərçivənin yaradılması və təşviq edilməsi baş tutmayıb.
Oxu24.com bu barədə AMB-yə istinadən xəbər verir.
Bundan başqa, məlumata görə, kapital bazarları ilə bağlı kraudfandinq sahəsində normativ bazanın formalaşdırılması, o cümlədən peşəkar investorlara dair tələblər üzrə tənzimləyici çərçivənin formalaşdırılması, investisiya şirkətinin davamlı kapital tələbləri, hesabatlıq standartları və lisenziyalaşdırılan şəxslərin risk skorinqinin müəyyən edilməsi üzrə metodologiyanın hazırlanması, maliyyə vasitəçilərinin iflası halında investorları qorumaq məqsədilə investor kompensasiyası sxeminin yaradılması və qiymətli kağızların mövcud emissiya qaydalarının yenidən işlənməsi fəaliyyətlərinin icrası da təmin edilməyib.
AMB növbəti dövrdə IOSCO prinsiplərinə uyğunluğun təmin edilməsini, klirinq və hesablaşma funksiyaları baxımından əsas infrastruktur elementi kimi MKİ-nin yaradılması potensialının qiymətləndirilməsini, investisiya fondları ilə bağlı tənzimləyici çərçivənin qabaqcıl təcrübələrə uyğun olaraq təkmilləşdirilməsini, təkmilləşdirilmiş nəzarət planının tərtib edilməsi və nəzarət alətlərinə, məlumat mənbələrinə və təhlil metodlarına (SupTech) yenidən baxılmasını, risk əsaslı nəzarət çərçivəsinin hazırlanmasını və tətbiqini planlaşdırır.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.