16 yaşlı oğlanın dənizdə axtarışları davam edir
07 İyul 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
534
27.04.2026, 12:38
Paytaxt nəqliyyatında tətbiq edilən yeniliklər və qarşıda duran əsas hədəflər açıqlanıb.
Nəqliyyat eksperti Aslan Əsədov sahədəki son vəziyyəti Oxu24.com üçün şərh edib.
Bakı şəhərinin nəqliyyat infrastrukturunda son illərdə müşahidə olunan dəyişikliklər həm ekspertlərin, həm də şəhər sakinlərinin diqqət mərkəzindədir. Xüsusilə ictimai nəqliyyat parkının yenilənməsi və koordinasiyalı idarəetmə prinsiplərinin tətbiqi bu sahədəki əsas inkişaf göstəriciləri hesab olunur.
Nəqliyyat eksperti Aslan Əsədov Oxu24.com-a bildirib ki, hazırda nəqliyyat vasitələri arasında düzgün koordinasiyanın qurulması ən vacib amillərdən biridir.
Onun sözlərinə görə, ölkəyə gətirilən yeni avtobusların və marşrutların inteqrasiyası sistemli şəkildə həyata keçirilməlidir:
"Bu gün nəqliyyat vasitələri arasında koordinasiya və rentabellilik düzgün qurularsa, vətəndaşlar bu xidmətlərdən daha rahat istifadə edə biləcəklər. Koordinasiyanın düzgün təşkili və ixtisaslaşma bizim üçün prioritet olmalıdır”.
Vətəndaş Nə Gözləyir?
Ekspert qeyd edib ki, müasir şəhər infrastrukturunun başlıca meyarı vətəndaşın ehtiyaclarını qarşılamaqdır. İnsanlar üçün ən vacib iki amil—zaman və münasib qiymətdir:
“Sakinlər mənzil başına daha tez çatmağı və artıq qalan vaxtı özlərinə sərf etməyi hədəfləyirlər.
Nəqliyyat xərclərinin az olması və xidmətin keyfiyyəti əsas tələblərdəndir. Şəhər mühitində infrastruktur elə qurulmalıdır ki, ictimai nəqliyyatdan istifadə hər kəs üçün əlçatan olsun”.
Sonda ekspert vurğulayıb ki, Bakı nəqliyyatının gələcək inkişafı məhz bu amillərin — düzgün planlaşdırma, vaxta qənaət və iqtisadi səmərəliliyin üzərində qurulmalıdır.
Çimnaz Telmanqızı
12:25 / 07 İyul 2026
1
12:18 / 07 İyul 2026
18
12:00 / 07 İyul 2026
384
11:58 / 07 İyul 2026
53
11:52 / 07 İyul 2026
131
11:51 / 07 İyul 2026
44
11:33 / 07 İyul 2026
57
11:22 / 07 İyul 2026
88
11:10 / 07 İyul 2026
69
11:09 / 07 İyul 2026
67
11:05 / 07 İyul 2026
67
11:01 / 07 İyul 2026
208
10:53 / 07 İyul 2026
280
10:48 / 07 İyul 2026
65
10:46 / 07 İyul 2026
67
10:39 / 07 İyul 2026
79
10:32 / 07 İyul 2026
71
10:15 / 07 İyul 2026
449
10:12 / 07 İyul 2026
84
09:59 / 07 İyul 2026
84
09:58 / 07 İyul 2026
1033
09:38 / 07 İyul 2026
527
09:34 / 07 İyul 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.