Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1157
27.04.2026, 11:39
Milli Məclis Mərkəzi Seçki Komissiyasının (MSK) tərkibinin yenidən formalaşdırılması ilə bağlı qərar layihəsini qəbul edib.
Oxu24.com xəbər verir ki, bu barədə sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib.
MSK üzvlərinin və əvəzedici üzvlərinin təyin edilməsi haqqında məsələyə əsasən, Yeni Azərbaycan Partiyasının, Milli Məclisdə üzvləri azlıq təşkil edən partiyaların və Milli Məclisdə üzvləri azlıq təşkil edən partiyaların qurumda təmsilçiliyə namizədləri aşağıdakılardır:
Mərkəzi Seçki Komissiyasının üzvləri:
Abdullayeva Sevinc Qurban qızı, Cavadov Fuad Musa oğlu, Əsgərov Bəxşeyiş Məmməd oğlu, Əsgərova Nailə Şahmərdan qızı, Həsənov Tofiq Eldar oğlu, Xələfov Elçin Abuzər oğlu, İbrahimov Ramiz Hilal oğlu, Qasımov Rövzət Afət oğlu, Qəhramanlı Almas Əlisultan qızı, Quliyev Etibar Cəfər oğlu, Məmmədov Elmar Eldar oğlu, Məmmədov İlham Sabir oğlu, Muxtarova Arifə Ağaverdi qızı, Orucov Qabil Əhməd oğlu, Paşayev Hüseyn Məmməd oğlu, Pənahov Məzahir Məhəmməd oğlu, Rəhimov Mikayıl Rəhman oğlu, Şahbazov İlkin Zaur oğlu.
MSK-nın əvəzedici üzvləri:
Cəlilova Aysel Zaur qızı, Qarayeva Züriyə Ruslan qızı, Mustafayeva Elnarə Eyyub qızı.
Layihə müzakirələrdən sonra səsverməyə çıxarılaraq qəbul edilib.
Beləliklə, MSK üzvlərinin qeyd edilən siyahısı təsdiqlənib.
Xatırladaq ki, qanunvericiliyə əsasən, Azərbaycanda bütün seçki komissiyalarının səlahiyyət müddəti 5 ildir.
MSK-nın tərkibi 2021-ci il aprelin 27-də Milli Məclisin plenar iclasında qəbul edilən qərar əsasında formalaşdırılmışdı.
03:10 / 12 Noyabr 2026
59
01:25 / 12 Noyabr 2026
105
00:55 / 12 Noyabr 2026
117
00:43 / 12 Noyabr 2026
110
00:35 / 12 Noyabr 2026
241
00:33 / 12 Noyabr 2026
109
00:27 / 12 Noyabr 2026
120
00:24 / 12 Noyabr 2026
133
00:19 / 12 Noyabr 2026
143
00:17 / 12 Noyabr 2026
206
00:11 / 12 Noyabr 2026
136
23:54 / 11 Noyabr 2026
119
23:52 / 11 Noyabr 2026
123
23:50 / 11 Noyabr 2026
145
23:45 / 11 Noyabr 2026
1097
23:28 / 11 Noyabr 2026
116
23:24 / 11 Noyabr 2026
124
23:18 / 11 Noyabr 2026
136
23:09 / 11 Noyabr 2026
134
23:03 / 11 Noyabr 2026
122
23:01 / 11 Noyabr 2026
145
22:55 / 11 Noyabr 2026
119
22:38 / 11 Noyabr 2026
186
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.