Səfərbərlik Xidmətinin rüşvətdə təqsirləndirilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayır
07 İyul 2026, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
632
27.04.2026, 00:06
Bankdan kredit götürüb ödənişləri gecikdirən şəxsləri hava limanında və ya sərhəddə xoşagəlməz sürpriz gözləyə bilər. Borcun vaxtında ödənilməməsi sadəcə cərimə faizləri ilə bitmir, həm də şəxsin ölkə hüdudlarını tərk etmək hüququnu əlindən alır.
Oxu24.com xəbər verir ki tanınmış bank eksperti Emin Kərimov Demokrat.az-a açıqlamasında bildirib ki, şəxs kredit götürərkən onun geri qaytarılması ilə bağlı ödəniş cədvəlinə imza atır:
“Bununla da üzərinə konkret öhdəlik götürmüş olur. Əgər bu öhdəliklər vaxtında icra edilmirsə, müqavilə şərtləri pozulursa, nəticə etibarilə hüquqi məsuliyyət yaranır. Bu mərhələdə məsələ məhkəmə müstəvisinə keçə və məhkəmə qərarı ilə borcun ödənilməsi, əlavə sanksiyalar, eləcə də ölkədən çıxışa məhdudiyyət kimi tədbirlər tətbiq oluna bilər. Bu cür məhdudiyyətlər, əslində, müqavilə şərtlərini pozan şəxsə qarşı tətbiq edilən hüquqi təsir vasitələridir. Kredit götürən şəxs əvvəlcədən öhdəliyin icrasını planlaşdırmalıdır. Çünki öhdəliyin yerinə yetirilməməsi yalnız maliyyə deyil, həm də hüquqi nəticələr doğurur. Məsələ məhkəmə mərhələsinə keçdikdən sonra qanunvericiliyə uyğun olaraq şəxsin əmlakına həbs qoyula, ölkədən çıxışına məhdudiyyət tətbiq oluna və digər hüquqi məhdudiyyətlər müəyyən edilə bilər. Xalq arasında “stop qoyulması” kimi tanınan bu tədbirlər, borcun ödənilməsinə təkan vermək məqsədi daşıyır. Xüsusilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər üçün ölkədən çıxış-giriş vacib olduğundan, bu cür məhdudiyyətlər onların fəaliyyətinə ciddi təsir göstərə bilər”.
Ekspert həmçinin vətəndaşların tez-tez üzləşdiyi texniki problemə də diqqət çəkib. Bəzən borc tam ödənsə də, sərhəddəki qadağa dərhal götürülmür. Bu isə bank və ya icra orqanlarının məlumatları sistemdə vaxtında yeniləməməsindən qaynaqlanır. Belə gecikmələr vətəndaşın hərəkət azadlığının əsassız məhdudlaşdırılmasına səbəb olur.
“Digər tərəfdən, praktikada belə hallara da rast gəlinir ki, şəxs kredit borcunu tam ödəsə də, ölkədən çıxışına qoyulmuş məhdudiyyət vaxtında aradan qaldırılmır. Nəticədə həmin şəxs hava limanında və ya sərhəd-keçid məntəqəsində “stop”la qarşılaşır. Bu isə adətən müvafiq qurumların xüsusilə bank və ya icra orqanlarının məlumatları vaxtında yeniləməməsi və ya məhkəmə qərarlarının icrasında gecikmələr səbəbindən baş verir. Belə hallarda artıq hüquq pozuntusu elementi yaranır və vətəndaşın hüquqları pozulmuş hesab oluna bilər. Ümumilikdə, məhkəmə tərəfindən ölkədən çıxışa məhdudiyyət qoyulması hüquqi çərçivədə tətbiq edilən təsir mexanizmidir və əsas məqsədi borcun qanunla müəyyən olunmuş qaydada ödənilməsini təmin etməkdir. Lakin öhdəlik icra edildikdən sonra bu məhdudiyyətlərin operativ şəkildə aradan qaldırılması da eyni dərəcədə vacibdir”.
15:08 / 07 İyul 2026
1
15:05 / 07 İyul 2026
13
14:48 / 07 İyul 2026
33
14:46 / 07 İyul 2026
37
14:31 / 07 İyul 2026
54
14:00 / 07 İyul 2026
66
13:55 / 07 İyul 2026
66
13:52 / 07 İyul 2026
81
13:45 / 07 İyul 2026
75
13:40 / 07 İyul 2026
79
13:36 / 07 İyul 2026
85
13:29 / 07 İyul 2026
81
13:23 / 07 İyul 2026
73
13:15 / 07 İyul 2026
82
13:10 / 07 İyul 2026
1165
12:54 / 07 İyul 2026
380
12:53 / 07 İyul 2026
83
12:42 / 07 İyul 2026
89
12:31 / 07 İyul 2026
511
12:25 / 07 İyul 2026
87
12:18 / 07 İyul 2026
169
12:00 / 07 İyul 2026
2258
11:58 / 07 İyul 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.