Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? — AÇIQLAMA
10 İyun 2026, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3002
25.04.2026, 12:29
Bir müddət əvvəl Bakıda sənədsiz və kollektorlar üzərində tikilən evlərin söküləcəyi barədə məlumat yayılmışdı. Bildirilirdi ki, icazəsiz tikilmiş evlərə suyun verilməsi dayandırılacaq, bəzi tikililər isə söküləcək. Lakin sonradan bu məsələ ilə bağlı ictimaiyyətə və mediaya əlavə məlumat təqdim olunmadı.
Hazırda araşdırmalar hazırda hansı mərhələdədir?
Oxu24.com xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, CAATS prezidenti Vüqar Oruc Globalinfo.az-a açıqlamasında məsələnin qısa müddətdə həll olunacaq problem olmadığını bildirib.
“Çünki alternativ olaraq ya kollektorların fəaliyyəti dayandırılmalıdır ki, bu da ciddi problemlərə səbəb ola bilər, ya da həmin evlər sökülərək kollektorların fəaliyyəti bərpa edilməlidir. Eyni zamanda, kollektorlar normal işləməlidir ki, xüsusilə intensiv yağıntılar zamanı son dövrlərdə müşahidə olunan problemlər təkrarlanmasın. Bu məqsədlə dövlət səviyyəsində komissiya yaradılıb və hazırda vəziyyət araşdırılır”, - o deyib.
Ekspertin sözlərinə görə, təkcə kollektorların üzərində 1000-dən çox ev inşa olunub:
“Bu isə kifayət qədər böyük rəqəmdir. Hər belə evin ətrafında risk altında olan digər tikililər mövcuddur. Ümumilikdə, söhbət 6 mindən çox evdən gedir. Hər evdə orta hesabla 3-4 nəfərin yaşadığını nəzərə alsaq, bu məsələ 20 mindən çox vətəndaşı əhatə edir. Bu baxımdan hökumətin məsələyə ehtiyatla və ciddi yanaşması tam başadüşüləndir”.
V.Orucun vurğulayıb ki, məsələ yalnız hökumət səviyyəsində deyil, ictimai müstəvidə də müzakirə olunur:
“İcazəsiz tikililərə kommunal xidmətlərin göstərilməsinin dayandırılması ilə bağlı qərar 2023-cü ilin aprel ayında qəbul olunub. Bundan sonra qanunsuz tikinti aparmaq istəyən şəxslər – istər vətəndaşlar, istərsə də buna şərait yaradan məmurlar belə halların nəticələrini nəzərə almalıdırlar. Strateji əhəmiyyət daşıyan ərazilərdə, xüsusilə kommunikasiya xətlərinin keçdiyi yerlərdə tikintiyə icazə verilməməlidir. Qanunsuz tikililərə şərait yaradan və şəhəri potensial təhlükə qarşısında qoyan məmurlarla bağlı tədbirlərin görülməsi də müzakirə olunur. Lakin bu, geniş araşdırmalar tələb etdiyindən hələlik bu istiqamətdə konkret addım atılmayıb”.
01:04 / 10 İyun 2026
142
00:24 / 10 İyun 2026
173
00:01 / 10 İyun 2026
128
23:52 / 09 İyun 2026
155
23:36 / 09 İyun 2026
261
23:26 / 09 İyun 2026
133
23:23 / 09 İyun 2026
129
23:15 / 09 İyun 2026
125
23:09 / 09 İyun 2026
110
23:03 / 09 İyun 2026
176
22:59 / 09 İyun 2026
267
22:52 / 09 İyun 2026
472
22:41 / 09 İyun 2026
127
22:06 / 09 İyun 2026
129
21:47 / 09 İyun 2026
135
21:29 / 09 İyun 2026
164
21:23 / 09 İyun 2026
119
21:11 / 09 İyun 2026
158
21:01 / 09 İyun 2026
119
21:00 / 09 İyun 2026
125
20:40 / 09 İyun 2026
147
20:27 / 09 İyun 2026
141
20:10 / 09 İyun 2026
1326
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.