Toyuq alarkən bunlara diqqət edin – Ekspertdən XƏBƏRDARLIQ
07 İyul 2026, 14:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
906
24.04.2026, 22:00
Oxu24.com təhsil sahəsindəki aktual problemləri işıqlandırmağa davam edir. Azərbaycanda uzun illərdir müzakirə mövzusu olan repetitorluq sisteminə son qoyulmasının mümkünlüyü və bu sahədəki zəruri islahatlar barədə təhsil eksperti Rizvan Fikrətoğlu maraqlı fikirlər səsləndirib.
Ekspert qeyd edir ki, repetitorluğu tamamilə ləğv etmək real olmasa da, məktəb təhsilinin keyfiyyətini artırmaqla bu sahədəki asılılığı minimuma endirmək mümkündür.
Bəs, repetitorluğa ehtiyacı azaldacaq əsas islahatlar nələr olmalıdır?
Rizvan Fikrətoğlunun təklif etdiyi strateji həll yollarını təqdim edirik:
Ekspertin fikrincə, məktəbdə tədris olunan proqramla qəbul imtahanları arasındakı fərq aradan qaldırılmalıdır ki, şagird əlavə müəllim yanına getməyə məcbur qalmasın:
“Müəllimlərin əməkhaqqı və davamlı təlimləri gücləndirilməlidir, güclü müəllim sinifdə hər bir şagirdlə fərdi işləməyi bacarmalıdır.
30 nəfərdən çox şagirdi olan siniflərdə fərdi yanaşma mümkün deyil, buna görə də siniflərdəki şagird sayı azaldılmalıdır. Zəif şagirdlər üçün rəsmi əlavə məşğələlər, güclü şagirdlər üçün isə xüsusi inkişaf qrupları məhz məktəb daxilində təşkil olunmalıdır.
İmtahanlar yalnız test yaddaşına deyil, analitik təfəkkürə və layihə əsaslı bacarıqlara söykənməlidir.
“Hamı gedir, mənim də uşağım getsin" düşüncəsini qırmaq üçün məktəb nəticələrinin şəffaflığı və etibarlılığı təmin edilməlidir”.
R.Fikrətoğlu əlavə edib ki, keyfiyyətli video dərslər və onlayn platformalar hamı üçün əlçatan olarsa, xüsusən regionlarda repetitordan asılılıq azalar.
Nəticə olaraq, məsələ repetitorluğu qadağan etmək yox, onu zəruri edən səbəbləri aradan qaldırmaqdır. Əgər məktəb sistemi güclü işləsə, repetitor sadəcə əlavə bir lüks olacaq.
Çimnaz Telmanqızı
14:31 / 07 İyul 2026
1
14:00 / 07 İyul 2026
50
13:55 / 07 İyul 2026
52
13:52 / 07 İyul 2026
63
13:45 / 07 İyul 2026
55
13:40 / 07 İyul 2026
65
13:36 / 07 İyul 2026
68
13:29 / 07 İyul 2026
66
13:23 / 07 İyul 2026
61
13:15 / 07 İyul 2026
69
13:10 / 07 İyul 2026
835
12:54 / 07 İyul 2026
275
12:53 / 07 İyul 2026
77
12:42 / 07 İyul 2026
78
12:31 / 07 İyul 2026
424
12:25 / 07 İyul 2026
81
12:18 / 07 İyul 2026
148
12:00 / 07 İyul 2026
1624
11:58 / 07 İyul 2026
86
11:52 / 07 İyul 2026
230
11:51 / 07 İyul 2026
69
11:33 / 07 İyul 2026
93
11:22 / 07 İyul 2026
133
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.