Milli Məclis sürücülərlə bağlı qərar qəbul etdi
07 İyul 2026, 12:31
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
540
24.04.2026, 18:48
Azərbaycanda "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı bütün məktəblərə təlimat göndərilib.
Oxu24.com xəbər verir ki, təlimata əsasən, məktəblərdə "Son zəng" tədbirinin təşkil edilməsinə ümumi təhsil müəssisəsinin direktoru rəhbərlik edir, tədbir zamanı, tədbirdən sonra ümumi təhsil müəssisəsində baş verən hər hansı neqativ hadisəyə məsuliyyət daşıyır.
Tədbir isə məktəbin həyətində, həyətyanı sahəsi olmayan müəssisələrdə isə idman və ya akt zalında təşkil olunmalıdır.
Tədbir tədris prosesinə mane olmadan keçirilməli və təhlükəsiz şərait təmin edilməlidir.
"Son zəng" tədbiri 13 iyun 2026-cı il tarixində səhər saat 9:00-da başlamalı və ən gec 2 saat ərzində bitməlidir.
"Son zəng" tədbirində aşağıdakı şəxslər iştirak edə bilər:
1-ci və 11-ci sinif şagirdlərinin valideynləri (qəyyum/himayəçi);
Təhsili idarəetmə orqanlarının nümayəndələri (ETN, MÜTDA, BŞTİ, RTİ);
Asayişi qorumaq üçün əvvəlcədən müəyyən edilmiş polis nümayəndələri, yerli icra hakimiyyətinin nümayəndələri, şəhid ailələrinin üzvləri və qazilər, məktəbin ictimai-sosial həyatında xüsusi rolu olan valideynlər.
Təlimatda şagird geyimi, nizam-intizam və etik davranış tələbləri də var. Belə ki, şagirdlər tədbirdə məktəbli formasında olmalı, məzunların xarici görünüşü təhsil müəssisəsinin nizam-intizam qaydalarına uyğun və səliqəli olmalıdır. Bayraq müşayiəti ilə səsləndirmə yol verilməlidir.
Tədbir üçün milli-mənəvi dəyərlərə uyğun hazırlanmış, rəsmi və bədii hissədən ibarət ssenari olmalı, ssenari müəssisə rəhbəri tərəfindən imza və möhürlə təsdiqlənməlidir. Tədbirin açılışı Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamalı, daha sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilməlidir.
Bundan əlavə, xüsusi tələb və qeydlər də var. Belə ki, tədbirdə təşkilat və idarələrin nümayəndələri üçün xüsusi hazırlıq işləri aparılmamalı, masada yalnız içməli su olmalıdır. Həmin şəxslərə hədiyyə və gül dəstələrinin təqdim olunması qadağandır. Tədbirin bədii hissəsi yalnız məktəbin daxili imkanları əsasında təşkil olunmalıdır.
MÜTDA təlimatda qeyd edilən tələbləri təsdiq edib. "Son zəng" tədbirinin keçirilməsi qaydalarını tənzimləyən təlimatdan irəli gələn məsələlərlə bağlı şagird, müəllim və valideynlərlə müvafiq söhbətlər aparılır.
12:31 / 07 İyul 2026
7
12:25 / 07 İyul 2026
23
12:18 / 07 İyul 2026
65
12:00 / 07 İyul 2026
542
11:58 / 07 İyul 2026
55
11:52 / 07 İyul 2026
140
11:51 / 07 İyul 2026
47
11:33 / 07 İyul 2026
60
11:22 / 07 İyul 2026
89
11:10 / 07 İyul 2026
70
11:09 / 07 İyul 2026
68
11:05 / 07 İyul 2026
70
11:01 / 07 İyul 2026
215
10:53 / 07 İyul 2026
296
10:48 / 07 İyul 2026
66
10:46 / 07 İyul 2026
69
10:39 / 07 İyul 2026
80
10:32 / 07 İyul 2026
72
10:15 / 07 İyul 2026
468
10:12 / 07 İyul 2026
87
09:59 / 07 İyul 2026
84
09:58 / 07 İyul 2026
1049
09:38 / 07 İyul 2026
538
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.