Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
719
24.04.2026, 15:54
Son illərdə Azərbaycanda doğum səviyyəsində müşahidə olunan azalma demoqrafik mənzərədə ciddi dəyişikliklər yaradıb. 1990-cı illərdən başlayan sosial-iqtisadi transformasiyalar və ailə modelinin dəyişməsi təbii artım göstəricilərinə də mənfi təsirini göstərməkdədir.
Azərbaycanda ailə institutu və demoqrafik artımla bağlı yaranmış mövcud vəziyyəti Oxu24.com-a şərh edən sosioloq Elçin Bayramlı, məsələnin kökündə dayanan əsas səbəbləri və çıxış yollarını detallı şəkildə açıqlayıb.
Sosioloqun sözlərinə görə, bu proses təkcə Azərbaycana məxsus deyil, son 50 ildə bütün dünyada vüsət almış qlobal bir tendensiyadır:
"Demək olar ki, bütün ölkələrdə doğumun aşağı düşməsi, bir və ya maksimum iki uşaqlı ailələrin meydana gəlməsi prosesi gedir. Bunun iki əsas səbəbi var: birincisi mənəvi deqradasiya, ikincisi isə sosial-maddi problemlərdir”.
Elçin Bayramlı qeyd edir ki, aparılan qlobal təbliğatlar gənclər arasında yanlış həyat tərzini formalaşdırır:
“Müasir həyat tərzi adı altında gənclərə yalnız özü üçün yaşamaq və əyləncəyə fokuslanmaq təbliğ olunur. Qlobal səviyyədə aparılan təbliğatlar nəticəsində eqoist psixologiya formalaşır, bu da maddi təminatı yüksək olan insanların belə uşaq sahibi olmaqdan qaçmasına səbəb olur.
Ailələrdə uşaq sayının ən azı 3 olması lazımdır ki, artım davam etsin, lakin hazırda bir çoxları 1 uşaqla kifayətlənir”.
Sosioloq doğumun azalmasında iqtisadi faktorların da böyük rol oynadığını vurğulayır:
“Bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da ev almaq çox baha və əlçatmazdır. Uşaqların təhsili və yaşayış şərtlərinin ağırlığı az təminatlı ailələri çoxuşaqlılıqdan çəkindirir”.
Problemin həlli üçün Elçin Bayramlı paralel olaraq iki istiqamətdə iş aparılmasını zəruri hesab edir:
“Milli-mənəvi dəyərlərimizə, ailə institutumuza zidd olan təbliğatlar dayandırılmalı, gənclər ənənəvi ailə modelinə yönləndirilməlidir. Dövlət tərəfindən uşaq pulu, çoxuşaqlı ailələrə güzəştlər və gənclərin işlə təminatı məsələləri daha da gücləndirilməlidir”,-deyə sosioloq vurğulayıb.
Çimnaz Telmanqızı
03:10 / 12 Noyabr 2026
107
01:25 / 12 Noyabr 2026
131
00:55 / 12 Noyabr 2026
139
00:43 / 12 Noyabr 2026
130
00:35 / 12 Noyabr 2026
309
00:33 / 12 Noyabr 2026
125
00:27 / 12 Noyabr 2026
139
00:24 / 12 Noyabr 2026
160
00:19 / 12 Noyabr 2026
163
00:17 / 12 Noyabr 2026
253
00:11 / 12 Noyabr 2026
157
23:54 / 11 Noyabr 2026
140
23:52 / 11 Noyabr 2026
138
23:50 / 11 Noyabr 2026
165
23:45 / 11 Noyabr 2026
1266
23:28 / 11 Noyabr 2026
129
23:24 / 11 Noyabr 2026
138
23:18 / 11 Noyabr 2026
154
23:09 / 11 Noyabr 2026
148
23:03 / 11 Noyabr 2026
136
23:01 / 11 Noyabr 2026
158
22:55 / 11 Noyabr 2026
131
22:38 / 11 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.