Səfərbərlik Xidmətinin rüşvətdə təqsirləndirilən sabiq vəzifəli şəxsinin məhkəməsi başlayır
07 İyul 2026, 15:08
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
22070
24.04.2026, 15:32
Son dövrlərdə müşahidə olunan qiymət artımı bir çox ölkələrdə olduğu kimi Azərbaycanda da əhalinin gündəlik həyatına birbaşa təsir göstərən əsas iqtisadi-sosial problemlərdən birinə çevrilib.
Oxu24.com xəbər verir ki,Ərzaq məhsulları, xidmətlər, nəqliyyat və kommunal xərclərdəki bahalaşma ailə büdcələrində ciddi gərginlik yaradır, xüsusilə sabit və aşağı gəlirli təbəqələrin alıcılıq qabiliyyətini zəiflədir.
Bu proses təkcə iqtisadi çətinliklərlə məhdudlaşmır, eyni zamanda sosial davranışlara və ictimai psixologiyaya da təsir edir.
Qiymət artımı yalnız iqtisadi göstərici kimi deyil, həm də sosial sabitliyə təsir edən mühüm faktor kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı Natiq Cəfərli bildirib ki, Azərbaycanda qiymət artımının davamlı xarakter alması artıq təəssüf ki, uzunmüddətli bir tendensiyaya çevrilib:
“Biz idxaldan o qədər asılıyıq ki, dünyada baş verən istənilən proseslərin Azərbaycana həm ərzaq, həm də qeyri-ərzaq məhsullarının qiymətləri şəklində geri dönüşünü görürük. Yəni yerli istehsalın zəif olması bu təsirləri daha da gücləndirir”.
Onun sözlərinə görə, hazırda müşahidə olunan qiymət artımı cəmiyyətdə narazılıq yaradır və bu artımın sürəti yüksəldikcə narazılığın miqyası da genişlənir:
“Amma bu hələ o səviyyəyə çatmayıb ki, kütləvi narazılığa çevrilsin. Cəmiyyət bunu görür və eyni zamanda müəyyən maaş və pensiya artımlarına gedilir. Doğrudur, bu artımlar qiymət artımını tam şəkildə kompensasiya etmir, lakin müəyyən addımların atıldığını müşahidə edirik”.
Natiq Cəfərli onu da qeyd edib ki, tendensiyanın qarşısının alınması üçün əsas məsələ yerli iqtisadiyyatın gücləndirilməsi, istehsalın və iqtisadi aktivliyin artırılmasıdır. Onun sözlərinə görə, hökumət uzun illərdir bu istiqamətdə müxtəlif proqramlar qəbul etsə də, ciddi və davamlı nəticələr əldə etmək mümkün olmayıb.
15:12 / 07 İyul 2026
1
15:08 / 07 İyul 2026
16
15:05 / 07 İyul 2026
21
14:48 / 07 İyul 2026
37
14:46 / 07 İyul 2026
41
14:31 / 07 İyul 2026
58
14:00 / 07 İyul 2026
70
13:55 / 07 İyul 2026
68
13:52 / 07 İyul 2026
85
13:45 / 07 İyul 2026
77
13:40 / 07 İyul 2026
80
13:36 / 07 İyul 2026
86
13:29 / 07 İyul 2026
83
13:23 / 07 İyul 2026
76
13:15 / 07 İyul 2026
83
13:10 / 07 İyul 2026
1177
12:54 / 07 İyul 2026
391
12:53 / 07 İyul 2026
85
12:42 / 07 İyul 2026
89
12:31 / 07 İyul 2026
513
12:25 / 07 İyul 2026
87
12:18 / 07 İyul 2026
170
12:00 / 07 İyul 2026
2278
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.