Makron niyə qapalı məkanda belə günəş eynəyi taxır?
09 İyul 2026, 21:33
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1326
24.04.2026, 11:15
Metronun altından avtomobil yolu çəkiləcək – Sıxlıq bu yolla aradan qaldırılacaq
Bakı şəhərinin nəqliyyat infrastrukturunda köklü dəyişikliklərə səbəb olacaq yeni layihənin icrasına başlanılır. Paytaxtın ən sıx nöqtələrindən sayılan "Ulduz" və "Koroğlu" stansiyaları ətrafında nəqliyyat qovşağının yaradılması və metro xəttinin altından avtomobil tunelinin çəkilməsi planlaşdırılır.
Paytaxtda avtomobil, metro və dəmir yolunu birləşdirən müasir nəqliyyat qovşağının yaradılması nəzərdə tutulur. Bu layihə xüsusilə "Ulduz" və "Koroğlu" metrostansiyaları ətrafındakı tıxac problemini fundamental şəkildə həll etməyə yönəlib.
Mövzu ilə bağlı Oxu24.com-a danışan nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, metro xəttinin altından avtomobil tunelinin tikilməsi Bakı üçün yeni nəqliyyat modelinə keçidin göstəricisidir:
"Bu, şəhərin böyüməsinə uyğun verilmiş texniki qərardır. Metro xəttinə toxunmadan onun alt qatından avtomobil tuneli inşa olunacaq ki, bu da üçsəviyyəli hərəkət sisteminin formalaşmasına imkan verəcək”.
Ekspertin sözlərinə görə, bu yenilik hərəkətin təşkilində bir neçə mühüm üstünlük yaradacaq:
“Tranzit nəqliyyat vasitələri yeraltı tunellərə yönləndiriləcək, yerüstü yollar isə yalnız lokal hərəkət üçün istifadə olunacaq. Xüsusilə pik saatlarda keçid sürətlənəcək və Hava Limanı istiqamətində hərəkətin stabilliyi təmin ediləcək. Tranzit, lokal və ictimai nəqliyyat axınları fiziki olaraq bir-birindən ayrılacaq”.
Layihənin əsas məqsədi şəhər mərkəzindəki yerüstü sıxlığı minimuma endirmək və nəqliyyat axınını alternativ marşrutlara bölməkdir. Bu innovativ addım Bakının yol infrastrukturunda yeni bir mərhələnin başlanğıcı hesab olunur.
Çimnaz Telmanqızı
21:51 / 09 İyul 2026
30
21:33 / 09 İyul 2026
46
21:32 / 09 İyul 2026
153
21:18 / 09 İyul 2026
126
21:08 / 09 İyul 2026
59
20:59 / 09 İyul 2026
64
20:51 / 09 İyul 2026
110
20:38 / 09 İyul 2026
69
20:16 / 09 İyul 2026
71
19:51 / 09 İyul 2026
112
19:28 / 09 İyul 2026
93
19:15 / 09 İyul 2026
86
18:43 / 09 İyul 2026
75
18:17 / 09 İyul 2026
72
18:05 / 09 İyul 2026
85
17:42 / 09 İyul 2026
92
17:33 / 09 İyul 2026
85
17:30 / 09 İyul 2026
101
17:28 / 09 İyul 2026
91
17:24 / 09 İyul 2026
100
17:20 / 09 İyul 2026
112
17:13 / 09 İyul 2026
98
17:05 / 09 İyul 2026
102
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.