Nazirlik müsabiqə elan etdi: 50 mindən çox qrant veriləcək
12 Noyabr 2026, 00:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1067
24.04.2026, 11:10
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən vətəndaşların rahat və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həftəsonu paytaxtın 3 ünvanında təmir işləri aparılacaq.
Bu barədə Oxu24.com-a qurumdan məlumat verilib.
Məlumata görə, təmir işləri Səməd Vurğun küçəsi (Salatın Əsgərova – Füzuli küçələri arası), Rəşid Behbudov küçəsi (28 May – Şəmsi Bədəlbəyli küçələri arası) və Heydər Əliyev prospektinin əsas və yan yolu (Müzəffər Nərimanov – Ələsgər Qayıbov küçələri arası, şəhər istiqamətində) ünvanlarında aparılacaq.
Təmir işlərinə 24 aprel 2026-cı il saat 23:00-da başlanılacaq və 26 aprel 2026-cı il saat 07:00-dək yekunlaşdırılması planlaşdırılır. Rəşid Behbudov küçəsində hazırlıq işlərinə daha erkən başlanılacaq.
Asfalt-beton örtüyünün yenilənməsi çərçivəsində qeyd olunan ünvanlarda işlərin mərhələlərinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti qismən və tam məhdudlaşdırılacaq.
“Sürücülərdən xahiş olunur ki, qeyd olunan müddətdə həmin ərazilərdə sıxlığın yaranmaması üçün əvvəlcədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etsinlər.”-məlumatda bildirilib.
03:10 / 12 Noyabr 2026
107
01:25 / 12 Noyabr 2026
131
00:55 / 12 Noyabr 2026
139
00:43 / 12 Noyabr 2026
130
00:35 / 12 Noyabr 2026
309
00:33 / 12 Noyabr 2026
125
00:27 / 12 Noyabr 2026
139
00:24 / 12 Noyabr 2026
160
00:19 / 12 Noyabr 2026
163
00:17 / 12 Noyabr 2026
253
00:11 / 12 Noyabr 2026
157
23:54 / 11 Noyabr 2026
140
23:52 / 11 Noyabr 2026
138
23:50 / 11 Noyabr 2026
165
23:45 / 11 Noyabr 2026
1266
23:28 / 11 Noyabr 2026
129
23:24 / 11 Noyabr 2026
138
23:18 / 11 Noyabr 2026
154
23:09 / 11 Noyabr 2026
148
23:03 / 11 Noyabr 2026
136
23:01 / 11 Noyabr 2026
158
22:55 / 11 Noyabr 2026
131
22:38 / 11 Noyabr 2026
199
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.