Məşhur sənətçi uzun müddətdən sonra səhnəyə qayıdır -FOTOLAR
12 Noyabr 2026, 20:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1879
30.03.2026, 12:25
Gələn il Azərbaycan Yazıçılar Birliyinin XIV qurultayının keçirilməsi gözlənilir. Qurultayda qurumun yeni sədrinin seçilməsi əsas gündəm mövzularından biri olacaq.
Oxu24.com-un məlumatına görə, AYB-nin hazırkı sədri, Xalq yazıçısı Anar Rzayev bu dəfə öz namizədliyini irəli sürməyəcək. Bu isə təşkilata rəhbərlik uğrunda yeni adların ön plana çıxmasına səbəb olub.
Hazırda sədr postu üçün ən real namizədlər sırasında bir neçə tanınmış ədəbiyyat nümayəndəsinin adı çəkilir:
Sabir Rüstəmxanlı – AYB-nin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədri kimi fəaliyyət göstərir və təşkilat daxilində təcrübəli simalardan biri hesab olunur. 2005-ci ildən Xalq şairidir.
Afaq Vəliyeva – 2014–2024-cü illərdə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İdarə Heyətinin sədri olub və mədəniyyət sahəsində idarəçilik təcrübəsinə malikdir. 2019-cu ildən isə Xalq yazıçısıdır.
Çingiz Abdullayev – 1991-ci ildən AYB-nin birinci katibi vəzifəsini tutur. O, eyni zamanda ən çox müzakirə və tənqid olunan Xalq yazıçılarından biri kimi tanınır. 2005-ci ildən Xalq yazıçısıdır.
Qarşıdakı qurultay AYB-də yeni mərhələnin başlanğıcı ola bilər. Seçkilərin nəticəsi təşkilatın gələcək fəaliyyət istiqamətlərinə, ədəbiyyat siyasətinə və gənc yazıçılara yanaşmaya birbaşa təsir edəcək.
Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin sonuncu qurultayı 2022-ci ildə keçirilib.
Nərmin Balacayeva
20:55 / 12 Noyabr 2026
23
20:42 / 12 Noyabr 2026
64
20:26 / 12 Noyabr 2026
74
20:14 / 12 Noyabr 2026
69
20:08 / 12 Noyabr 2026
77
20:05 / 12 Noyabr 2026
79
19:59 / 12 Noyabr 2026
65
19:49 / 12 Noyabr 2026
84
19:36 / 12 Noyabr 2026
95
19:31 / 12 Noyabr 2026
95
19:19 / 12 Noyabr 2026
107
19:15 / 12 Noyabr 2026
128
19:09 / 12 Noyabr 2026
93
19:03 / 12 Noyabr 2026
97
18:58 / 12 Noyabr 2026
104
18:50 / 12 Noyabr 2026
105
18:42 / 12 Noyabr 2026
1283
18:40 / 12 Noyabr 2026
100
18:32 / 12 Noyabr 2026
403
18:28 / 12 Noyabr 2026
94
18:26 / 12 Noyabr 2026
116
18:16 / 12 Noyabr 2026
125
18:15 / 12 Noyabr 2026
115
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.