Maaşlarla bağlı deputatdan ŞAD XƏBƏR: 660 manatdan yuxarı...
29 May 2026, 18:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
770
28.03.2026, 21:59
Mal çiçəyi xəstəliyi: Xəstəlik ilk əvvəl mal-qaraya təsir edir. Ancaq insanlarla yanaşı bütün məməli heyvanlar üçün də yoluxucudur.
Oxu24.com xəbər verir ki bu xəstəlik əvvəllər əsasən heyvanlar əllə sağılarkən əllərə keçirdi.
Dang humması (dang qızdırması): Günümüzdə, bir qitədən digərinə səyahətin çətin olmadığı bir dövrdə səyahət yalnız insanlar üçün deyil, heyvanlar üçün də məqbuldur. Məsələn, Asiya pələng ağcaqanadı. Bir çox ekzotik heyvan kimi o da ticarət və ya gəmi səyahəti zamanı Avropaya daşınır və bu ağcaqanad Dang humması xəstəliyini yoluxdurur.
Tutuquşu xəstəliyi: Zoonoz xəstəlik (heyvanlardan insana keçə bilən xəstəliklər) olan tutuquşu xəstəliyi xüsusilə uşaqlar və zəif immunitetə sahib olan yetkin insanlar üçün təhlükəli ola bilər. Bakteriyaların səbəb olduğu bu xəstəliyin daşıyıcıları adətən tutuquşular və göyərçinlərdir. Əsasən heyvanın quru nəcisindən insana keçir. Mikrob tozla birlikdə havaya da yayılır.
Quduzluq: Quduzluq xəstəliyi öldürücü ola bilər. Beyində ölümcül zərərlərə yol açan kəskin xəstəlik yırtıcılar və yarasalardan olan xəstə heyvanın dişləməsi və tənəffüs yolu ilə yoluxa bilər. Tülkü kimi heyvanlardan da insana keçə bilən bu xəstəliyə günümüzdə daha çox rast gəlinir.
Pişik cırmağı xəstəliyi: Xüsusilə uşaqlar üçün təhlükəlidir. Xəstə pişiyin dişləməsi və ya cırmaqlaması ilə keçir. Bu heyvan özü xəstələnmədən qanında virusu illər boyu parazit şəklində daşıya bilər. Bu xəstəlik zamanı insanda yüksək hərarət və yaranın ətrafındakı limfa vəzlərində şişmə halları özünü büruzə verir.
Sibir yarası (qarayara): Çox rastlanan xəstəlikdir. İstiqanlı heyvanların yoluxdurduğu bu xəstəlik insana dəri, tənəffüs yolu və ya qidalar vasitəsilə keçə bilər. Xəstəlik insanın ağciyərlərində iltihaba, dəridə ləkələrin yaranmasına, daxili orqanlarda qanama, ifrat yorğunluğa səbəb ola bilər.
Laym xəstəliyi: Heyvandan insana yoluxa bilən bu xəstəlik maral, it və siçandan gənə dişləməsi yolu ilə keçir. Xəstəlik fərqli şəkildə özünü büruzə verə bilər. İlk əlamətləri dəridə gənənin dişlədiyi bölgədə qızartının əmələ gəlməsidir.
Salmonella xəstəliyi: Olduqca təhlükəli bir xəstəlikdir. Qanadlı heyvanlar, donuz, mal-qara, at, it, pişik, vəhşi heyvanlar və quşların nəcisi ilə çirklənmiş, bişməmiş qidaların qəbulu zamanı yoluxur. Əsasən insanın dərisində və selikli qişada yaraların əmələ gəlməsi ilə özünü büruzə verir.Saglamolun.Az
18:57 / 29 May 2026
7
18:51 / 29 May 2026
85
18:44 / 29 May 2026
46
18:29 / 29 May 2026
48
18:19 / 29 May 2026
57
18:09 / 29 May 2026
49
17:56 / 29 May 2026
231
17:48 / 29 May 2026
89
17:40 / 29 May 2026
63
17:27 / 29 May 2026
69
17:23 / 29 May 2026
282
17:15 / 29 May 2026
317
17:09 / 29 May 2026
60
16:56 / 29 May 2026
201
16:55 / 29 May 2026
87
16:55 / 29 May 2026
160
16:45 / 29 May 2026
64
16:39 / 29 May 2026
602
16:37 / 29 May 2026
186
16:25 / 29 May 2026
889
16:21 / 29 May 2026
85
16:02 / 29 May 2026
79
15:49 / 29 May 2026
267
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.