Bölgələrdə maaşlar niyə fərqli hesablanır? — İqtisadçı SƏBƏBİ AÇIQLADI
12 Noyabr 2026, 21:39
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
20336
28.03.2026, 21:08
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Bu dəfə təqdim etdiyimiz mövzu əmək pensiyasının yenidən hesablanması qaydası ilə bağlıdır.
Əvvəllər təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün tələb olunan sənədlər və onların təqdimat forması hansı qaydada həyata keçirilir?
Cavab: Xidmət üzrə tələb olunan sənədlər:
1. Şəxsiyyət vəsiqəsi (əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə münasibətdə isə Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ verən icazə vəsiqəsi);
2. Ümumi iş (sığorta) stajını təsdiq edən sənədlər (əmək kitabçası, hərbi bilet və ya xidmət dövrünü təsdiq edən müvafiq arayış, əyani təhsil dövrünü təsdiq edən müvafiq sənəd və s.);
Xidmət üzrə sənədlərin təqdimetmə forması:
-əsli,
-surəti,
-notarial təsdiq edilmiş surəti,
-elektron surəti
Yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxs pensiyaçı kimi 6 ildən tez işdən azad olunarsa, onun pensiya məbləği pensiya təyin edilən tarixdən işdən azad olunduğu tarixədək fərdi hesabının sığorta hissəsində toplanmış pensiya kapitalı əsasında yenidən hesablanır.
Başqa sözlə desək, pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144) pensiyaçının pensiya təyin edildikdən, yaxud yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır.
Əlilliyə görə əmək pensiyası isə eyni formada avtomatlaşdırılmış qaydada yenidən hesablanır.
Məsələn, şəxsə 2022-ci ilin 1 fevral tarixində yaşa görə əmək pensiyası təyin edilib və şəxs işləməyə davam edir. O, 2024-cü ilin 1 fevral tarixində işdən azad olunub, yəni şəxs ona pensiya təyin olunduqdan sonra 24 ay işləyib. Bu zaman fərdi hesabının sığorta hissəsində 2022-ci il fevralın 1-dən 2024-cü il fevralın 1-dək 2300 manat pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (2300 manat) 120-ə (144-24 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı)=120) bölünməklə pensiya məbləği yenidən hesablanır.
Güzəştli əsaslarla yaşa görə pensiya alan və işləyən şəxs işdən azad olunursa, pensiya yenidən necə hesablanır?
Əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edildikdən sonra işləməyə davam edən şəxs fasiləsiz olaraq pensiyaçı kimi 6 il işlədikdə və ya 6 ildən tez işdən azad olunduqda onun pensiya məbləği sonradan işlədiyi dövr üzrə toplanmış pensiya kapitalı əsasında yenidən hesablanır.
Məsələn, şəxsə 2021-ci ilin 1 sentyabr tarixində əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib və işləməyə davam edir. O, 2023-cü il mayın 1-də işdən azad olunub və fərdi hesabının sığorta hissəsində sentyabrın 1-dən 2023-cü il mayın 1-dək 3100 manat pensiya kapitalı qeydə alınıb. Bu halda şəxsin həmin dövr üzrə toplanmış pensiya kapitalı (3100 manat) 124-ə (144-20 (pensiya təyin edilən tarixdən sonra işlədiyi ayların sayı) =120) bölünməklə pensiya məbləği yenidən hesablanır.
Hazırladı: Nigar
21:39 / 12 Noyabr 2026
14
21:26 / 12 Noyabr 2026
249
21:19 / 12 Noyabr 2026
52
21:04 / 12 Noyabr 2026
59
20:55 / 12 Noyabr 2026
107
20:42 / 12 Noyabr 2026
102
20:26 / 12 Noyabr 2026
104
20:14 / 12 Noyabr 2026
93
20:08 / 12 Noyabr 2026
103
20:05 / 12 Noyabr 2026
101
19:59 / 12 Noyabr 2026
92
19:49 / 12 Noyabr 2026
103
19:36 / 12 Noyabr 2026
115
19:31 / 12 Noyabr 2026
108
19:19 / 12 Noyabr 2026
117
19:15 / 12 Noyabr 2026
145
19:09 / 12 Noyabr 2026
104
19:03 / 12 Noyabr 2026
114
18:58 / 12 Noyabr 2026
116
18:50 / 12 Noyabr 2026
119
18:42 / 12 Noyabr 2026
1461
18:40 / 12 Noyabr 2026
112
18:32 / 12 Noyabr 2026
429
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.