Bu yay istirahət üçün hansı ölkələr daha əlçatandır? — AÇIQLAMA
10 İyun 2026, 00:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
597
28.03.2026, 18:38
“Ənənəvi olaraq hər il fevralın sonu martın əvvəllərində tikinti bazarı aktivləşir. Bu aktivləşmə fonunda fərdi mənzillər üçün torpaq sahələrinə tələb artır. Tələb artdıqca qiymətlər də yüksəlir. Proqnozlara görə bu il perspektiv inkişaf planına daxil olan torpaqların qiyməti daha çox artacaq”.
Oxu24.com xəbər verir ki, bunu Abşeron yarımadasındakı torpaq sahələrinin qiyməti ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Qiymətləndiricilər Cəmiyyətin sədri Vüqar Oruc deyib.
O bildirib ki, Masazır, Xocəsən, Hökməli, Binəqədi ətrafı və Sulutəpə ərazisində tikinti aktivləşdiyinə görə bu ərazilərdə torpağın qiymətinin daha çox artımı gözlənilir:
“Dənizkənarı ərazilərdəki torpaqlara da tələbat artacaq. Çünki imkanlı şəxslər özləri üçün “bağ evi” inşa etdirməyə üstünlük verirlər. “Bağ evi” üçün də arzuolunan ərazi dəniz sahilləridir. Bu mənada “bağ evləri” üçün torpaq sahələrinə bu il ehtiyac daha böyük olacaq. Ənənəvi olaraq Mərdəkan, Şüvəlan, Buzovna, Bilgəh və Novxanı ərazilərində bağ həvəskarları torpaq axtarır. Hazırda bu ərazilərdə torpağın qiyməti 40-50 min manatdan başlayır. “SEA Breeze”ə yaxın ərazilərdə isə qiymətlər 70-80 minə çatır.
Paytaxta gəldikdə isə onu demək olar ki, hazırda ən çox tikinti Nərimanov, Xətai rayonlarında gedir. Xətai rayonun “Qara şəhər” ərazisində, Babək prospektinin və Həzi Aslanov metrosunun ətrafında mənzil tikintisi sürətlə davam edir. Zığ və Hövsan qəsəbələrində də tikinti bumu var. Bu ərazilərdə qiymətlərin artması qaçılmazdır.
Adını çəkdiyim ərazilərdə torpağın qiymətinin 20-25 faiz yüksəlməsi gözlənilir. Qobu-Hökməli yolunun yenidən inşası və Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektinin kəsişməsində yeni kompleksin tikintisinə hazırlıq həmin ərazilərdə torpaq sahələrinin qiymət artımını qaçılmaz edəcək”.
Bəs hansı ərazilərdi torpaqların qiymətində böyük dəyişiklik?
Müsahibimiz əsaslı qiymət artımı gözlənilməyən əraziləri də qeyd edib:
“Bəzi ərazilər var ki, orada qiymət artımı gözlənilmir. Qaradağ və Pirallahı rayonlarının, eləcə də Xəzər rayonun cənub-qərb ərazilərində torpaqların qiymətində ciddi artım gözlənilmir. Ən yaxşı halda həmin ərazilərdə qiymətlər çox cüzi yüksələ bilər”.
01:04 / 10 İyun 2026
147
00:24 / 10 İyun 2026
179
00:01 / 10 İyun 2026
130
23:52 / 09 İyun 2026
156
23:36 / 09 İyun 2026
264
23:26 / 09 İyun 2026
135
23:23 / 09 İyun 2026
131
23:15 / 09 İyun 2026
128
23:09 / 09 İyun 2026
112
23:03 / 09 İyun 2026
177
22:59 / 09 İyun 2026
268
22:52 / 09 İyun 2026
489
22:41 / 09 İyun 2026
128
22:06 / 09 İyun 2026
130
21:47 / 09 İyun 2026
136
21:29 / 09 İyun 2026
166
21:23 / 09 İyun 2026
120
21:11 / 09 İyun 2026
159
21:01 / 09 İyun 2026
120
21:00 / 09 İyun 2026
126
20:40 / 09 İyun 2026
148
20:27 / 09 İyun 2026
142
20:10 / 09 İyun 2026
1382
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.