Bu rayonlarda kommunal ödənişlər azaldıla bilər
13 Noyabr 2026, 00:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1096
24.03.2026, 21:18
Bu məşhur muzeyin əvvəllər həbsxana olduğunu bilirdiniz?
Bakının ən məşhur və ən ağır tarixə malik məkanlarından biri – Bayıl həbsxanası…
Oxu24.com xəbər verir ki,1888-ci ildə Bakının Bayıl qəsəbəsində fəaliyyətə başlayan bu həbsxana uzun illər siyasi məhbusların saxlanıldığı yer kimi tanınıb. Əvvəllər at tövləsi, daha sonra dənizçilərin kazarması olan bina 1890-cı illərdə yenidən qurularaq həbsxanaya çevrildi.
Bura sadəcə bir həbsxana deyildi. Bura talelərin qırıldığı, qərarların həyatla ölüm arasında verildiyi yer idi. Xüsusilə “ölüm korpusu” kimi tanınan 5-ci korpus Bayılın ən qorxulu hissəsi sayılırdı. Azərbaycanda ölüm hökmləri əsasən məhz burada icra olunurdu. Edam olunanların meyitləri gizli şəkildə aparılır, naməlum yerlərdə dəfn edilirdi.
Bu divarlar bir çox tarixi simaların da şahidi olub. Burada 1908 və 1910-cu illərdə 39 nömrəli kamerada İosif Stalin saxlanılıb. Eyni zamanda Andrey Vışinski və 26 Bakı komissarlarının rəhbəri Stepan Şaumyan da burada həbsdə olub.
1920-ci ildə Məhəmməd Əmin Rəsulzadə, 1930-cu illərdə isə Azərbaycan ədəbiyyatının görkəmli simaları – Əhməd Cavad və Hüseyn Cavid Bayıl həbsxanasında saxlanılıblar.
1998 - ci ildə ölkəmizdə ölüm hökmü ləğv edilir və həpsxananın fəaliyyəti də dayandırılır.
2009-cu ildə hüquq müdafiəçisi Eldar Zeynalov həbsxananın 5-ci korpusunun muzeyə çevrilməsini təklif etsə də, təşəbbüs reallaşmadı. Elə həmin ilin yayında Bayıl həbsxanası söküldü.
Onun yerində bu gün Bakının simvollarından biri olan Dövlət Bayrağı Meydanı ucalır.
Havar Safiyeva
00:17 / 13 Noyabr 2026
1
23:53 / 12 Noyabr 2026
248
23:51 / 12 Noyabr 2026
40
23:40 / 12 Noyabr 2026
87
23:34 / 12 Noyabr 2026
72
23:24 / 12 Noyabr 2026
351
23:20 / 12 Noyabr 2026
74
23:19 / 12 Noyabr 2026
70
23:18 / 12 Noyabr 2026
77
23:12 / 12 Noyabr 2026
78
23:03 / 12 Noyabr 2026
83
23:02 / 12 Noyabr 2026
170
22:59 / 12 Noyabr 2026
78
22:55 / 12 Noyabr 2026
91
22:49 / 12 Noyabr 2026
109
22:40 / 12 Noyabr 2026
88
22:24 / 12 Noyabr 2026
151
22:21 / 12 Noyabr 2026
97
22:13 / 12 Noyabr 2026
109
21:55 / 12 Noyabr 2026
100
21:39 / 12 Noyabr 2026
110
21:26 / 12 Noyabr 2026
1216
21:19 / 12 Noyabr 2026
119
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.