Fermerlərə ŞAD XƏBƏR!
10 İyun 2026, 14:41
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
847
24.03.2026, 20:41
Martın bazarında elə meyvələr var ki, onları görəndə tələsmək lazımdır. Çünki bu gün piştaxtadadır, bir neçə həftə sonra isə ya ümumiyyətlə görünməyəcək, ya da əvvəlki dadı və qiyməti ilə tapılmayacaq. Həmin meyvələrdən biri də xurmadır. Alıcıların daha çox “karalyok” kimi tanıdığı bu şirin meyvə martda artıq mövsümün sonuna yaxınlaşır. Azərbaycanda təzə xurmanın əsas satış dövrü sentyabr-dekabr aylarına düşür. Meyvə uyğun şəraitdə təxminən 2-4 ay saxlanıla bildiyi üçün mart piştaxtalarında görünən xurma, əslində, mövsümün son partiyalarından sayılır.
Oxu24.com xəbər verir ki, bu səbəbdən də mart ayı xurma sevənlər üçün bir növ “son zəng” effekti yaradır. Payız-qış aylarında bol olan, evlərdə də tez-tez alınan bu meyvə yaz yaxınlaşdıqca bazardan çəkilməyə başlayır. Alıcı da bunu ən çox qiymətdə və çeşiddə hiss edir: seçim azalır, yaxşı məhsulu tapmaq bir az çətinləşir.
Hazırda Bakıdakı satış nöqtələrində 1 kiloqram xurma 3-4 manata təklif olunur, bazarda hələ də by qiymətə seçim tapmaq mümkündür, amma mövsüm sonuna yaxınlaşdıqca daha yüksək qiymətlərlə qarşılaşacağıq.
Xurmanın bu qədər sevilməsinin səbəbi təkcə şirin dadı deyil. Bu meyvə həm də soyuq aylardan çıxan orqanizm üçün faydalı hesab olunur. Məlumatlara görə, bir ədəd xurmada təxminən 6 qram lif, 12.6 milliqram C vitamini və 270 milliqram kalium var.
Rusiyalı həkim-dietoloq, tibb elmləri doktoru Mariyat Muxina da xurmanın faydalarına diqqət çəkib. Onun sözlərinə görə, xurmanın tərkibindəki kalium ürək-damar sistemi üçün faydalıdır, beta-karotin göz sağlamlığını dəstəkləyir, C vitamini isə immun sisteminə kömək edir. Həkim bildirir ki, bu meyvə xüsusən mövsüm keçidində rasiona əlavə edilə biləcək faydalı məhsullardan biridir. Muxina eyni zamanda qeyd edir ki, xurma lifli və nisbətən ağır həzm olunan məhsul sayıldığı üçün normanı aşmamaq vacibdir, onun tövsiyəsinə görə, sağlam insan üçün gündə iki ədəddən artıq yemək məsləhət görülmür.
Ancaq həkim bir vacib məqama da diqqət çəkir: xurma hamı üçün eyni dərəcədə uyğun deyil. Onun sözlərinə görə, şəkərli diabeti olanlar, eləcə də mədə-bağırsaq sistemi ilə bağlı problemi olan şəxslər bu meyvəni ehtiyatla qəbul etməlidirlər./yenisabah/
14:55 / 10 İyun 2026
1
14:53 / 10 İyun 2026
1
14:41 / 10 İyun 2026
26
14:34 / 10 İyun 2026
31
14:30 / 10 İyun 2026
29
14:25 / 10 İyun 2026
29
14:25 / 10 İyun 2026
36
14:15 / 10 İyun 2026
39
14:14 / 10 İyun 2026
147
14:12 / 10 İyun 2026
38
13:55 / 10 İyun 2026
42
13:44 / 10 İyun 2026
64
13:35 / 10 İyun 2026
65
13:31 / 10 İyun 2026
62
13:27 / 10 İyun 2026
61
13:23 / 10 İyun 2026
501
13:15 / 10 İyun 2026
86
13:12 / 10 İyun 2026
70
12:54 / 10 İyun 2026
1447
12:52 / 10 İyun 2026
61
12:48 / 10 İyun 2026
85
12:43 / 10 İyun 2026
84
12:38 / 10 İyun 2026
74
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.