Ölkə ikincisi olmuşdu, indi dünya ikincisinin tələbəsidir
13 Aprel 2026, 01:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
666
23.03.2026, 18:11
Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabatında paytaxtdan kənarda yeni universitetin yaradılması təklif olunur. Sənəddə Qaradağ rayonunun Ələt qəsəbəsində yerləşən, Elm və Təhsil Nazirliyinin tabeliyində olan liseyin bazasında logistika və innovativ ixtisasların tədris edilməsinə imkan verən müasir ali təhsil ocağının yaradılması təklif edilir. Bildirilir ki, Ələt qəsəbəsi nəqliyyat qovşaqlarında yerləşən məkan olduğuna görə həmin bazada böyük bir təhsil müəssisəsinin açılması faydalı ola bilər.
Vurğulanır ki, Bakı şəhəri və ətraf ərazilərdə kifayət qədər ali təhsil müəssisələrinin fəaliyyət göstərməsi bəzi hallarda şəhərin nəqliyyat, kommunal və digər infrastruktur sahələrinin həddindən artıq yüklənməsinə səbəb olur. Bu baxımdan, Bakı şəhəri və onun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində yeni universitetlərin yaradılması məqsədəuyğun hesab olunmur. Həmçinin bir sıra ali təhsil müəssisələrinin paytaxtdan kənarda yerləşməsi müzakirə mövzusudur.
Görəsən, universitetlərin paytaxtdan kənara köçürülməsi təhsilin keyfiyyətinə nə dərəcədə təsir edəcək?
Həmçinin tələbələr paytaxtdan kənarda asudə vaxtlarını səmərəli keçirə biləcəklərmi?
Oxu24.com xəbər verir ki, məsələ ilə bağlı Oxu.az-a danışan təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndi qeyd edib ki, köçürülmə olarsa, təhsilin keyfiyyəti artar.
Həmçinin oxuyun
O xatırladıb ki, "Bakı Şəhərinin Baş Planı 2040"da bəzi universitetlərin şəhərdən kənara köçürülməsi ilə bağlı məsələ əksini tapıb:
"Burada əsas məqsəd paytaxtda sıxlığı azaltmaq, yollardakı tıxacın qarşısını almaqdır. İlk növbədə, universitetlərin köçürüləcəyi ərazi tələbə şəhərciyinə çevrilməlidir. Ola bilər ki, hansısa universitetlər kampus şəklində yenidən təşkil olunsun. Orada tələbələr üçün yataqxana, əyləncə mərkəzləri, kitabxana və s. məntəqələr olmalıdır. Həmçinin tələbələrin təcrübə keçməsi, iş imkanları baxımından da müvafiq infrastruktur qurulmalıdır. Təbii ki, köçürülmə doğru baş tutarsa, təhsilverənlərin və tələbələrin akademik göstəriciləri, eyni zamanda, təhsilin keyfiyyəti artacaq".
E.Əfəndi bildirib ki, bir neçə universitet mərkəzləşdirilə bilər:
"Belə olan halda tələbələr kənar şəxslərlə qarşılaşmayacaqlar. Ümumi əlaqələr elə qurulacaq ki, tələbə ancaq tələbəni görəcək. Sosial mühit onların akademik göstəricilərinin yaxşılaşmasına səbəb olacaq. Təhsilalan yalnız bir istiqamət üzrə fokuslanacaq. Onlar eyni vaxtda kitabxanaya, idman zalına və s. yerlərə gedə biləcəklər. Harvard, Oksford kimi universitetlərdə göstəricilər ona görə yüksəkdir ki, tələbələr akademik mühitin içindədirlər. Eyni vəziyyəti burada da görə bilərik. Bu, birmənalı olaraq təhsilin keyfiyyətinin artmasına kömək edəcək. Düşünürəm ki, tələbə kontingenti çox olan və mərkəzdə yerləşən universitetlər kənara köçürüləcək".
01:07 / 13 Aprel 2026
23
00:00 / 13 Aprel 2026
44
23:45 / 12 Aprel 2026
123
23:33 / 12 Aprel 2026
1218
23:30 / 12 Aprel 2026
205
23:21 / 12 Aprel 2026
75
23:11 / 12 Aprel 2026
540
23:10 / 12 Aprel 2026
178
22:59 / 12 Aprel 2026
901
22:56 / 12 Aprel 2026
75
22:50 / 12 Aprel 2026
92
22:40 / 12 Aprel 2026
557
22:29 / 12 Aprel 2026
190
22:14 / 12 Aprel 2026
173
21:49 / 12 Aprel 2026
84
21:25 / 12 Aprel 2026
268
21:10 / 12 Aprel 2026
73
21:07 / 12 Aprel 2026
81
20:52 / 12 Aprel 2026
883
20:46 / 12 Aprel 2026
89
20:41 / 12 Aprel 2026
145
20:36 / 12 Aprel 2026
2043
20:35 / 12 Aprel 2026
241
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.