DİN-də mühüm tədbir: General-polkovnik Vilayət Eyvazov da iştirak edir
20 İyun 2026, 16:17
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
568
23.03.2026, 14:43
Azərbaycanda əlilliyi olan şəxslərin mənzil şəraitinin yaxşılaşdırılması və dövlət hesabına mənzillə təmin olunması məsələsi sosial qanunvericiliyin ən həssas və ən çox sual doğuran istiqamətlərindən biridir.
Xüsusilə əlillik dərəcələri üzrə mənzil növbəsinə dayanmaq hüququnun kimlərə şamil edilməsi ilə bağlı cəmiyyətdə ciddi məlumat çatışmazlığı mövcuddur. Bir çox hallarda vətəndaşlar əlillik dərəcəsi aldıqdan dərhal sonra mənzil təminatı hüququnun yarandığını düşünsələr də, qanunvericilik burada konkret meyarlar və kateqoriyalar müəyyən edib.
Qüvvədə olan normativ-hüquqi aktlara əsasən, mənzil növbəsinə götürülmək üçün təkcə əlillik dərəcəsinin olması kifayət deyil; həmçinin həmin şəxsin mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində qeydiyyata alınması üçün müvafiq əsaslar olmalıdır.
Vətəndaşların “1-ci qrup əliləm, amma mənə düşmür dedilər” və ya “3-cü qrup əlil ev ala bilərmi?” kimi müraciətləri bu sahədəki hüquqi tənzimləmənin incəliklərini izah etməyi zəruri edir. Mənzil təminatı məsələsi həm Mənzil Məcəlləsi, həm də “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunla tənzimlənir və burada güzəştli kateqoriyaların müəyyən olunması əsas şərtdir.
Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan hüquqşünas Natiq Ələsgərov qeyd edib ki, Azərbaycanda əlilliyi olan şəxslərin mənzil təminatı məsələsi fərdi müraciətlər əsasında deyil, qanunla müəyyən edilmiş kateqoriyalar üzrə həyata keçirilir:
*Hər bir 1-ci, 2-ci və ya 3-cü qrup əlilliyi olan şəxs avtomatik olaraq dövlətdən mənzil almaq hüququna malik deyil.
Mövcud qanunvericiliyə və ölkə başçısının müvafiq fərmanlarına əsasən, dövlət hesabına mənzillə təminat əsasən Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə, həmçinin Çernobıl AES qəzasının ləğvi ilə bağlı və hərbi xidmət vəzifələrini yerinə yetirərkən əlil olmuş şəxslərə şamil edilir.
Yəni əlilliyin səbəbi burada həlledici faktordur.
Vətəndaşın qeyd etdiyi “1-ci qrup əliləm, amma düşmür dedilər” ifadəsinə gəldikdə, əgər həmin şəxsin əlilliyi ümumi xəstəlik, əmək zədəsi və ya anadangəlmə səbəblərdəndirsə, təəssüf ki, hazırkı qanunvericilik həmin şəxslərin növbəli qaydada dövlət tərəfindən mənzillə təminatını nəzərdə tutmur. 3-cü qrup əlillərə gəldikdə isə, onlar yalnız yuxarıda qeyd olunan xüsusi kateqoriyalara (məsələn, müharibə veteranı və ya ərazi bütövlüyü ilə bağlı əlillik) aid olduqları halda mənzil növbəsinə dayana bilərlər. Ümumi səbəbdən 3-cü qrup əlilliyi olan şəxslərin mənzil növbəsinə götürülməsi qanunda əksini tapmayıb”.
Natiq Ələsgərovun sözlərinə görə, lakin bir məqamı unutmaq olmaz: yerli icra hakimiyyəti orqanları tərəfindən mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxslərin ümumi siyahısı mövcuddur:
“Əgər vətəndaşın yaşayış sahəsi hər ailə üzvü üçün müəyyən edilmiş normadan (adətən 6 kvadratmetrdən) azdırsa və ya yaşayış yeri yararsızdırsa, o, ümumi qaydada mənzil növbəsinə dayana bilər. Lakin bu növbə çox ləng irəliləyir və xüsusi güzəştli kateqoriyaya aid deyil.
Beləliklə, mənzil təminatında əsas meyar əlillik dərəcəsi deyil, əlilliyin yaranma səbəbi və şəxsin sosial statusudur. Bu mövzuda imtina alan vətəndaşlara tövsiyəm odur ki, ilk növbədə əlillik haqqında arayışda qeyd olunan “səbəb” hissəsinə diqqət yetirsinlər və müraciətlərini buna uyğun hüquqi müstəvidə davam etdirsinlər”.
16:17 / 20 İyun 2026
119
15:53 / 20 İyun 2026
77
15:45 / 20 İyun 2026
57
14:44 / 20 İyun 2026
86
14:32 / 20 İyun 2026
86
14:18 / 20 İyun 2026
87
13:42 / 20 İyun 2026
93
13:38 / 20 İyun 2026
263
13:34 / 20 İyun 2026
71
13:16 / 20 İyun 2026
1230
13:07 / 20 İyun 2026
309
13:02 / 20 İyun 2026
73
12:39 / 20 İyun 2026
788
12:29 / 20 İyun 2026
174
12:26 / 20 İyun 2026
90
12:22 / 20 İyun 2026
327
12:14 / 20 İyun 2026
115
11:48 / 20 İyun 2026
616
11:34 / 20 İyun 2026
2409
10:40 / 20 İyun 2026
98
09:49 / 20 İyun 2026
121
09:46 / 20 İyun 2026
109
09:44 / 20 İyun 2026
113
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.