Bakıda 42 məktəbə yeni direktor təyin olunub - SİYAHI
17 Fevral 2026, 13:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
379
17.02.2026, 10:43
"Nazirlər Kabineti tərəfindən "Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları" təsdiq edilib. Təsdiq olunmuş yeni qaydalara görə, hüquqların dövlət qeydiyyatı üçün təqdim olunan sənədlərdəki torpaq kateqoriyası ilə dövlət torpaq kadastrındakı məlumatlar arasında uyğunsuzluq yaranarsa, qeydiyyat orqanının məsul şəxsləri tərəfindən 15 iş günü ərzində yerquruluşu sənədlərinin təhlili vasitəsilə araşdırma aparılmalıdır".
Oxu24.com xəbər verir ki, bu barədə millət vəkili Vüqar Bayramov sosial şəbəkə hesabında etdiyi paylaşımda məlumat verib.
Evinin sənədi olmayanlara VACİB XƏBƏR: 15 günə çıxarış almaq mümkün olacaq
Qeyd olunub ki, aparılan araşdırmanın nəticələrinə əsasən, təqdim edilmiş sənədlərdəki məlumatların düzgünlüyü təsdiqini taparsa, həmin əmlak üzərindəki hüquqlar dövlət qeydiyyatına alınır və dövlət torpaq kadastrında müvafiq düzəlişlər həyata keçirilir:
Həmçinin oxuyun
"Başqa sözlə, vətəndaş daşınmaz əmlakını qeydiyyata aldırmaq üçün müraciət edərkən, qeydiyyata cavabdeh olan dövlət orqanındakı məlumat fərqli olarsa, bu halda 15 iş günü müddətində dəqiqləşdirmə aparılır. Nümunə üçün, əgər vətəndaşın sənədində torpağın təyinatı tikintiyə icazə verirsə, lakin dövlət qurumunun məlumat bazasında həmin ərazi kənd təsərrüfatı təyinatlı torpaq kimi görünürsə, məlumatı dəqiqləşdirmək məqsədilə digər aidiyyəti qurumlara sorğu göndəriləcək. Sorğu nəticəsində vətəndaşın sənədinin doğruluğu təsdiqlənərsə, həmin daşınmaz əmlakın qeydiyyatı aparılacaq.
Ümumilikdə, tətbiq edilən yeni dəyişikliklər qeydiyyatsız evlərin sənədləşdirilməsi prosesində məlumatların dürüstləşdirilməsinə xidmət edəcək. Bu addım eyni zamanda mülkiyyət hüquqlarının tanınması və qorunması baxımından da xüsusi əhəmiyyət kəsb edir".Oxu.az
13:59 / 17 Fevral 2026
13
13:51 / 17 Fevral 2026
16
13:41 / 17 Fevral 2026
32
13:39 / 17 Fevral 2026
28
13:07 / 17 Fevral 2026
47
13:06 / 17 Fevral 2026
36
12:58 / 17 Fevral 2026
950
12:55 / 17 Fevral 2026
52
12:51 / 17 Fevral 2026
118
12:39 / 17 Fevral 2026
42
12:36 / 17 Fevral 2026
57
12:24 / 17 Fevral 2026
48
12:06 / 17 Fevral 2026
430
11:59 / 17 Fevral 2026
67
11:44 / 17 Fevral 2026
57
11:39 / 17 Fevral 2026
78
11:29 / 17 Fevral 2026
69
11:19 / 17 Fevral 2026
89
11:14 / 17 Fevral 2026
72
11:03 / 17 Fevral 2026
82
10:49 / 17 Fevral 2026
65
10:39 / 17 Fevral 2026
57
10:24 / 17 Fevral 2026
58
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.