Prezident İlham Əliyev Çin liderini təbrik edib
17 Fevral 2026, 14:16
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
50
17.02.2026, 13:41
Azərbaycanın müasir tarixinin hər bir səhifəsi verilən vədlərin konkret əməllərlə təsdiqlənməsi üzərində qurulub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin illər öncə böyük uzaqgörənliklə söylədiyi fikirlər bu gün xalqımızın gündəlik həyatında, dövlətimizin qüdrətində və azad edilmiş torpaqlarımızda öz real əksini tapıb.
"Mən istəyirəm ki, hər bir insan yaxşı yaşasın, hər bir insanın maddi imkanları artsın, uşaqlar yaxşı məktəblərdə oxusunlar, müəllimlər yaxşı məktəblərdə dərs desinlər. Həkimlər gözəl xəstəxanalarda işləsinlər və insanlarımız da sağlam olsunlar." (2007)
Reallıq: Ötən illər ərzində Azərbaycanda 3500-dən çox məktəb binası tikilib və ya əsaslı təmir olunub. Müasir tibbi texnologiyalarla təchiz edilmiş yüzlərlə xəstəxana, "ASAN Xidmət" və "DOST" mərkəzləri bu gün vətəndaşın rifahına xidmət edir. Dövlət siyasətinin mərkəzində dayanan "insan kapitalı" prinsipi artıq hər bir ailənin həyatında hiss olunur.
"Azərbaycan müasir güclü dövlətə çevrilməlidir. Bunu etmək üçün bizim bütün imkanlarımız var... Müstəqillik o deməkdir ki, dövlət və ölkənin rəhbərliyi öz xalqının maraqlarına tam cavab verən müstəqil siyasət aparmaq iqtidarında olsun." (2006-2008)
Reallıq: Bu gün Azərbaycan dünya miqyasında müstəqil xarici siyasət yürüdən azsaylı ölkələrdən biridir. Enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri (Bakı-Tbilisi-Ceyhan, TANAP, TAP, Şimal-Cənub) Azərbaycanı regionun əvəzolunmaz qlobal oyunçusuna çevirib.
"Heç vaxt - nə bu gün, nə sabah, nə 10 ildən sonra, nə 15 ildən sonra, nə 100 ildən sonra Dağlıq Qarabağ Azərbaycandan ayrılmayacaqdır... Qarabağ – Azərbaycandır və nida işarəsi." (2006-2019)
Reallıq: 2020-ci ilin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin antiterror tədbirləri ilə bu nida işarəsi tarixin yaddaşına birdəfəlik həkk olundu. Şuşada, Xankəndidə, Xocalıda Azərbaycan bayrağının dalğalanması Prezidentin bu sözlərinin ən böyük təsdiqidir. Ali Baş Komandan dediyini etdi: suverenliyimiz tam bərpa olundu!
"Bu gün dünyada Azərbaycan güclü ordular sırasındadır. Düşmən bilməlidir ki, biz istənilən anda məsələni hərb yolu ilə həll edə bilərik." (2018)
Reallıq: Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. 2020-ci ilin payızında nümayiş etdirilən "XXI əsrin müharibəsi" modeli bu gün dünyanın aparıcı hərbi mərkəzlərində öyrənilir. Cənab İlham Əliyevin qurduğu ordu düşmənin "keçilməz" dediyi sədləri darmadağın etdi.
Həmçinin oxuyun
"Azərbaycanlıların o torpağa qayıtmağa haqqı var və biz oraya qayıdacağıq." (2010)
Reallıq: Bu gün "Böyük Qayıdış" proqramı çərçivəsində keçmiş məcburi köçkünlər artıq öz doğma yurdlarına — Ağalıya, Talışa, Laçına, Füzuliyə, Şuşaya və Xocalıya qayıdırlar. "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyaları ilə qurulan bu yaşayış məskənləri dünyanın ən müasir məkanları hesab olunur.
"...xalq-iqtidar birliyi Azərbaycanın uğurlarının əsas mənbəyidir. Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam." (2005-2018)
Reallıq: 44 günlük müharibə zamanı xalqın öz Lideri ətrafında bir yumruq kimi birləşməsi bu birliyin sarsılmazlığını sübut etdi. Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar və xalqın ona olan sonsuz inamı Azərbaycanın gələcək inkişafının təminatıdır.
"İyirmi birinci əsr türk əsri olacaq... Ana dilimiz öz imkanlarının zənginliyi... ilə səciyyələnir."
Reallıq: Azərbaycanın Türk Dövlətləri Təşkilatında aparıcı rolu, Şuşa Bəyannaməsi ilə Türkiyə ilə müttəfiqliyin ən yüksək zirvəyə çatması bu uzaqgörənliyin bəhrəsidir. Azərbaycan dili bu gün beynəlxalq tribunaların, qələbə müjdələrinin dilinə çevrilib.
Nəticə etibarilə, İlham Əliyevin hər bir cümləsi bir hədəf, hər bir hədəfi isə bir zəfərdir. O, dediyi hər sözün arxasında duran, xalqına verdiyi hər vədi yerinə yetirən Qalib Lider kimi tarixə düşüb.
Aygün İlqarqızı / 32gun.az-ın baş redaktoru
15:09 / 17 Fevral 2026
1
15:04 / 17 Fevral 2026
13
14:52 / 17 Fevral 2026
41
14:42 / 17 Fevral 2026
34
14:18 / 17 Fevral 2026
332
14:16 / 17 Fevral 2026
31
13:59 / 17 Fevral 2026
118
13:51 / 17 Fevral 2026
79
13:39 / 17 Fevral 2026
41
13:07 / 17 Fevral 2026
57
13:06 / 17 Fevral 2026
49
12:58 / 17 Fevral 2026
1452
12:55 / 17 Fevral 2026
61
12:51 / 17 Fevral 2026
157
12:39 / 17 Fevral 2026
57
12:36 / 17 Fevral 2026
67
12:24 / 17 Fevral 2026
60
12:06 / 17 Fevral 2026
482
11:59 / 17 Fevral 2026
79
11:44 / 17 Fevral 2026
64
11:39 / 17 Fevral 2026
88
11:29 / 17 Fevral 2026
80
11:19 / 17 Fevral 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.