Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
783
17.02.2026, 11:14
Novruz bayramının təmtərağı bir neçə günlə məhdudlaşmır. Qədimdə əkinçilər Böyük çilləni yola saldıqdan sonra yerdə qalan 1 ay 20 günü, yəni yeddi həftənin hər çərşənbəsini bayram edirdilər. İllər keçdikcə çərşənbələrin sayı azalıb, bəziləri yaddan çıxıb.
Oxu24.com xəbər verir ki, bu gün hələ də doğruçu çərşənbə hesab olunan dörd çərşənbədən əvvəl ölkəmizin bir sıra regionlarında Yalançı çərşənbə də qeyd olunur.
Doğruçu çərşənbələrdən fərqli olaraq, Yalançı çərşənbəyə xüsusi hazırlıq görülmür.
Yalançı çərşənbələrin gəlişi cəmiyyətdə öz içindən enerji, güc toplamaq ovqatı, daxilən qarşıdakı çarpışmalara özündə qüvvə, inam tapmağa hazırlıq əhvalı formalaşdırır. Yalançı çərşənbədə ala-toran vaxtı həyətlərdə od-ocağı gur olmayan tonqallar qalayırlar. Bu zaman adamlar səssiz-küysüz bir şəkildə öz qapılarında azacıq saman, küləş yandırırlar. Bundan başqa, doğruçu çərşənbələrdə olduğu kimi, evlərdə xüsusi olaraq biş-düş də hazırlanmır, yəni ayrıca bayram qazanı asılmaz, bayram yeməyi də bişirilməz. Bu da bir daha Yalançı çərşənbənin aldadıcı alovu kimi evdə, məişətdə də xüsusi bir əks-səda vermədiyini – bununla da Yalançı çərşənbənin adına uyğun tərzdə yalançı bir görüntü olduğunu göstərir.
Bundan əlavə, Yalançı çərşənbədə doğruçu çərşənbələrdə olduğu kimi, səhər yerindən durub su üstünə gedilməz, digər bu kimi ayinlər də icra edilməz. Bütün bu kimi fərqlər bir daha Yalançı çərşənbə mərasiminin adında ifadə olunan mənanı özündə daşıdığını göstərir.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.