Vədə sədaqət, Zəfərə gedən yol: İlham Əliyevin tarixi sözləri və gerçəkləşən arzular
17 Fevral 2026, 13:41
Qaynar xətt:
(+99450) 247 90 86
SİYASƏT
411
17.02.2026, 12:06
Azərbaycanda elektron siqaretlərin istifadəsi, idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxlanılmasına görə cərimələr müəyyənləşir.
Oxu24.com xəbər verir ki, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılam sənədə əlavə edilən yeni maddəyə əsasən, elektron siqaretlərin və onların komponentlərinin idxalı, ixracı, istehsalı, topdan və pərakəndə satışı və satış məqsədilə saxanılmasına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 350 manatdan 500 manatadək məbləğdə, vəzifəli şəxslər 1650 manatdan 2 200 manatadək məbləğdə, hüquqi şəxslər 4 min manatdan 5 min manatadək məbləğdə cərimə ediləcəklər.
Qanun qəbul edildiyi təqdirdə, aprelin 1-dən qüvvəyə minməsi nəzərdə tutulur.
***
Azərbaycanda qadağan edilən yerlərdə elektron siqaret çəkənlər 30 manat cərimə ediləcək.
Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni maddələr əlavə edilir.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılam sənədə əlavə edilən yeni maddəyə əsasən, qadağan edilmiş yerlərdə, küçələrdə və digər ictimai yerlərdə elektron siqaretlərin istifadəsinə görə 30 manat məbləğində cərimə tətbiq ediləcək.
***
Azərbaycan Avropa Şurasının "İnsan orqanlarının alverinə qarşı Konvensiya"sına qoşulacaq.
Konvensiyanın ratifikasiyası haqqında qanun layihəsi parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bugünkü iclasında müzakirə olunub.
Qeyd edilib ki, Avropa Şurasının "İnsan orqanlarının alverinə qarşı Konvensiya"sı 25 mart 2015-ci il tarixində Santiaqo-de-Kompostela şəhərində imzalanıb. Konvensiya preambula və 33 maddədən ibarətdir.
Konvensiyanın məqsədi insan orqanlarının alverinin qarşısının alınması və onunla mübarizə aparılması, bu sahədə müəyyən əməllərin kriminallaşdırılmasının təmin edilməsi, habelə qurbanların hüquqlarının müdafiəsi və tərəflər arasında milli və beynəlxalq əməkdaşlığın gücləndirilməsidir. Konvensiya transplantasiya məqsədləri və digər məqsədlər üçün insan orqanlarının alverinə, həmçinin qanunsuz götürülmə və qanunsuz implantasiya formalarına tətbiq edilir.
Həmçinin oxuyun
Konvensiyada insan orqanlarının qanunsuz götürülməsi və bu cür orqanlardan istifadənin qarşısının alınması, donor və resipientin qanunsuz axtarışı və cəlb edilməsi, qanunsuz üstünlüklərin təklif və ya tələb edilməsi, habelə qanunsuz götürülmüş orqanların hazırlanması, saxlanması, daşınması, ötürülməsi, qəbulu, idxalı və ixracı kimi əməllərlə bağlı cinayət məsuliyyətinin müəyyən edilməsi nəzərdə tutulur. Eyni zamanda bu cinayətlərin törədilməsinə köməklik, təhrikçilik və cəhd halları da əhatə olunur.
Sənəddə cinayətlərin istintaqı və təqibi, qarşılıqlı hüquqi yardım və ekstradisiya məsələləri, habelə beynəlxalq əməkdaşlığın təmin edilməsi ilə bağlı müddəalar təsbit edilib. Həmçinin, cinayət nəticəsində əldə edilmiş gəlirlərin müsadirəsi, zərərçəkmiş şəxslərin hüquqlarının qorunması, onların fiziki, psixoloji və sosial bərpasına yardım göstərilməsi, eləcə də şahidlərin müdafiəsinin təmin olunması ilə bağlı müddəalar əks olunub.
Qanun layihəsinə əsasən, Azərbaycan bəyan edir ki, Konvensiyanın müddəaları münaqişənin nəticələri tamamilə aradan qaldırılana və Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşana qədər Ermənistana münasibətdə tətbiq edilməyəcək.
Müzakirələrdən sonra layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.
***
Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi və qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar müəyyənləşəcək.
Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə “Yerin təki haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edək ki, yerin təki istifadəyə icazə əsasında bu qanun və “Lisenziyalar və icazələr haqqında” qanun ilə müəyyən olunmuş qaydada hərrac (auksion və ya müsabiqə) və birbaşa danışıqlar əsasında verilir. Eyni zamanda Nazirlər Kabinetinin qərarı ilə yerin təkinin (qiymətli və əlvan metallar, qiymətli daş yataqları və təzahürləri istisna olmaqla) istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi hallarının siyahısı da təsdiq edilib. Təklif olunan dəyişikllik isə yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydasının təsdiq edilməsini nəzərdə tutur ki, bu da birbaşa danışıqlar yolu ilə verilən istifadəçilərin müəyyən edilməsi sahəsində şəffaflığın yüksəlməsinə, hüquqi müəyyənliyin artmasına xidmət edəcək.
Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar isə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunacaq.
***
Faydalı qazıntı yataqlarının yerləşdiyi torpaq sahələrinin əvvəlki və ya alternativ faydalı vəziyyətə qaytarılması üçün rekultivasiyasına dair tələb müəyyənləşir.
Bu, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin bu gün keçirilən iclasında müzakirəyə “Yerin təki haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Qanuna əlavə olunması təklif edilən 13-1-ci maddəyə (Yerin təki sahələrinin rekultivasiyası) əsasən, yerin təki istifadəçiləri işlərin aparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə həmin torpaqların rekultivasiyasını rekultivasiya planı əsasında təmin etməlidirlər. Rekultivasiya planı faydalı qazıntıların istismarını, eləcə də yeraltı qurğuların tikintisini və istismarını həyata keçirən fiziki və hüquqi şəxslər tərəfindən yerin təkindən istifadə hüququ əldə edildikdən sonra 3 (üç) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rekultivasiya planına dair dövlət ekoloji ekspertizasının müsbət rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməlidir.
Yerin təkindən istifadə sahəsinin xüsusiyyətləri, süxurların kimyəvi tərkibi, çirklənmənin növündən asılı olaraq rekultivasiyanın üsulları (mexaniki, bioloji, kimyəvi, termik) və istiqamətləri, o cümlədən müddəti müəyyənləşdirilir, istismarın dərinliyi, faydalı qazıntının növü və istismar ediləcək həcmə uyğun olaraq rekultivasiya planı tərtib olunacaq.
Rekultivasiya planı hazırlanarkən aşağıdakılar nəzərə alınacaq:
torpağın münbit qatının həcmi və götürüləcək torpağın toplandığı ərazi;
- faydalı qazıntıların və yanakı süxurların xüsusiyyətləri;
- ərazinin hidrogeoloji və mühəndis-geoloji şəraiti;
- süxurların saxlanılma dövründə öz xüsusiyyətlərini dəyişməsinin mümkünlüyü və ətraf mühitə təsiri;
- yeraltı suların çirklənməsinin yolverilməzliyi;
- faydalı qazıntıların istismarının müddəti;
- bərpanın üsulları və ardıcıllığı;
- bərpa müddəti.
Yerin təki ilə bağlı işlərin aparıldığı ərazilər üzrə rekultivasiya qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən ediləcək.
13:41 / 17 Fevral 2026
9
13:39 / 17 Fevral 2026
8
13:07 / 17 Fevral 2026
34
13:06 / 17 Fevral 2026
28
12:58 / 17 Fevral 2026
667
12:55 / 17 Fevral 2026
44
12:51 / 17 Fevral 2026
90
12:39 / 17 Fevral 2026
39
12:36 / 17 Fevral 2026
54
12:24 / 17 Fevral 2026
46
11:59 / 17 Fevral 2026
62
11:44 / 17 Fevral 2026
53
11:39 / 17 Fevral 2026
76
11:29 / 17 Fevral 2026
66
11:19 / 17 Fevral 2026
85
11:14 / 17 Fevral 2026
68
11:03 / 17 Fevral 2026
81
10:49 / 17 Fevral 2026
64
10:43 / 17 Fevral 2026
364
10:39 / 17 Fevral 2026
55
10:24 / 17 Fevral 2026
55
10:16 / 17 Fevral 2026
137
10:08 / 17 Fevral 2026
80
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.