Təhsilverənlərin etik davranış qaydalarına dəyişiklik edilib
14 Noyabr 2026, 01:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
772
17.02.2026, 12:55
Əlilliyin qiymətləndirilməsi sistemində süni intellekt texnologiyalarının tətbiqinin daha da genişləndirilməsi istiqamətində kompleks işlər aparılır.
Bu barədə Oxu24.com-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
Qeyd edilib ki, tətbiq çoxmənbəli informasiya bazalarının inteqrasiyasını, məlumatların sistemli təhlilini və mümkün uyğunsuzluqların operativ aşkarlanmasını da təmin edəcək.
Bu tətbiq çərçivəsində tibbi-sosial məlumatların dərin təhlili, çoxmənbəli informasiya bazalarının inteqrasiyası, sənədlərin avtomatlaşdırılmış emalı və risk əsaslı qiymətləndirmə mexanizmlərinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub.
Nəticədə qiymətləndirmə zamanı qərarvermə prosesində həm sürət, həm də dəqiqlik əhəmiyyətli dərəcədə artacaq. Eyni zamanda, süni intellekt alətlərinin tətbiqi bu prosesdə vahid standartları formalaşdıracaq və məlumatların sistemli şəkildə analizinə, mümkün uyğunsuzluqların operativ aşkarlanmasına imkan verəcək.
Qeyd edək ki, ötən il “Əlillik” altsistemində tətbiq edilmiş süni intellekt əsaslı funksionallıq tibbi göndərişlərdə mətn analizinin aparılmasına, qərarvermə üçün əhəmiyyətli göstəricilərin avtomatik müəyyənləşdirilməsinə və s. imkan yaradıb.
Bu texnoloji həll həmçinin sui-istifadə hallarına səbəb ola bilən həssas və riskli məlumatların avtomatik aşkarlanmasını təmin edərək nəzarət mexanizmlərini gücləndirib. Nəticədə subyektiv yanaşmaların və potensial yanlışlıqların minimuma endirilməsi istiqamətində mühüm addım atılıb.
Sosial sahədə rəqəmsal transformasiya prosesinin davamlı şəkildə inkişaf etdirilməsi nəzərdə tutulur.
00:40 / 14 Noyabr 2026
95
00:02 / 14 Noyabr 2026
382
23:58 / 13 Noyabr 2026
90
23:49 / 13 Noyabr 2026
89
23:40 / 13 Noyabr 2026
102
23:28 / 13 Noyabr 2026
102
23:22 / 13 Noyabr 2026
97
23:17 / 13 Noyabr 2026
240
23:09 / 13 Noyabr 2026
112
23:05 / 13 Noyabr 2026
102
23:02 / 13 Noyabr 2026
159
22:53 / 13 Noyabr 2026
112
22:49 / 13 Noyabr 2026
105
22:41 / 13 Noyabr 2026
105
22:36 / 13 Noyabr 2026
124
22:18 / 13 Noyabr 2026
112
22:13 / 13 Noyabr 2026
108
22:03 / 13 Noyabr 2026
673
21:43 / 13 Noyabr 2026
989
21:36 / 13 Noyabr 2026
114
21:29 / 13 Noyabr 2026
144
21:24 / 13 Noyabr 2026
374
21:03 / 13 Noyabr 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.