Deputat Fazil Mustafa ilə MÜSAHİBƏ
05 May 2026, 15:20
Qaynar xətt:
(+99450) 247 90 86
MÜSAHİBƏ
901
17.02.2026, 13:59
Kiyevdə səfərdə olan amerikalı senator Riçard Blumental deyib ki, Vladimir Putin sülhdə maraqlı deyil. Buna görə də biz Ukraynaya hərbi yardımı davam etdirməliyik. “Tomahavk” raketləri, “Patriot” sistemləri üçün raketləri, daha çox F-16 təyyarəsi, dron istehsalı və digər zəruri silahlar verilməlidir.
Baş verən hadisələrin fonunda Ukraynada vəziyyət hazırda nə yerdədir?Dövlət hansı addımları atmağa hazırlaşır?
Oxu24.com mövzu ilə əlaqədar Ukraynada yaşayan azərbaycanlı jurnalist, diaspora fəalı Anar Natiqoğlu ilə həmsöhbət olub.
-Anar bəy, hazırda Ukraynada vəziyyət necədir?
-İlk öncə qeyd edək ki, Riçard Blumental dediyi kimi, Putin sülh istəmir. Putin sülh istəsəydi dini, kökü, adət-ənənələri eyni olan qonşu ölkəyə hərbi müdaxilə edib milyonlarla insanın qətlinə səbəb olmazdı. Dünən gecə də Odessada mülki binalar, dinc insanlar, elektrik, su xətləri, istilik sistemləri hava hücumuna məruz qalıb. Onun və komandasının “sülh istəyirik” ritorikası vaxt qazanmaq və ya daha çox ərazini özündə saxlamaq blefindən başqa bir şey deyil...
-Amerikalı senatorun çağırışına səbəb hansı detallardır?
- Bu günlərdə NATO-nun keçmiş baş katibi Stoltenberq də belə təəssüf dolu bəyanat verib ki vaxtında, yəni 2014-dən Ukraynanı yetərli silahlandırsaydıq 2022-ci il işğalı baş tutmazdı. Hazırda Ukraynada vəziyyət təbii ki gərgindir. Xüsusən, iqtisadi çətinliklər çoxalıb, qiymətlərdə ciddi artım var.
Bu günlərdə çörək bir gün içində 10 faiz bahalaşdı. Bu qış həddindən artıq sərt keçdi. İşğalçı ordunun hava hücumları sayəsində Kiyev, Odessa, Dnepr, Xarkov kimi milyonluq şəhərlərin əhalisi günlərlə işıqsız, susuz, istiliksiz qaldı. Ümumiyyətlə, Ukrayna əhalisinin böyük əksəriyyəti hələ də bu qədər itkilərə rəğmən ərazi güzəşti ilə bitəcək "sülhə" razı deyil. Bunu müxtəlif sorğular da sübut edir. Ona görə də prezident Zelenski bu günlərdə qeyd etdi ki, bu barədə qərarı hətta parlament də verə bilməz.
-Bəs, onda seçimlərin nəticəsini, xalqın yekun qərarını necə bilmək olacaq?
-Referendum olmalıdır. Bu günkü reallıqda isə fiziki cəhətdən referendum mümkün deyil. Ən azı atəş dayanmalıdır. Putin bu mövzuda da oyun oynayır. Ukrayna hakimiyyətini legitim saymır, çünki seçkilərin zamanı keçib. Atəşi də dayandırmır ki, ölkədə hər hansı seçki və ya referendum hazırlığı baş tutsun.
-Deməli, düşməni atəşkəsə məcbur etmək üçün ağır silahlara, müasir tipli raketlərə hələ ehtiyac var...
- Ukrayna bu 4 il ərzində kifayət qədər hərbi sənayesini inkisaf etdirib. Bu mənada müxtəlif tipli dron və raketlərin istehsalını qeyd etmək olar .
Və bu dronlar sayəsində 1941-45 taktikası ilə döyüşə atılan işğalçı ordu hər gün ən azı 1000 nəfər canlı qüvvə itkisinə məruz qalır. Canlı qüvvədən başqa Ukrayna silahlı qüvvələri də Rusiyanın müxtəlif bölgələrində həm silah anbarları, həm enerji sektoru, neft, qaz saxlanma yerlərinə ciddi zərbələr endirir. Bunun müqabilində ayda bir 3-4 kilometrlik ərazini tuta bilsələr belə, təkcə Donbası tam ələ keçirməyə 8-10 il zaman lazımdır.
Bir sözlə, artıq Qərbin siyasi dairələri Rusiya diktatoru ilə danışıqlar yolu ilə ortaq məxrəcə gəlməyin mümkün olmadığını tam anlamağa başlayırlar. Bu səbəbdən də Ukraynanın silahla təminatının üzərində gəlirlər.
Əntiqə Rəşid
15:22 / 11 May 2026
10
15:20 / 11 May 2026
11
14:59 / 11 May 2026
37
14:52 / 11 May 2026
49
14:47 / 11 May 2026
183
14:45 / 11 May 2026
75
14:43 / 11 May 2026
48
14:23 / 11 May 2026
867
14:11 / 11 May 2026
174
14:08 / 11 May 2026
74
13:42 / 11 May 2026
70
13:30 / 11 May 2026
93
13:25 / 11 May 2026
183
13:14 / 11 May 2026
60
12:50 / 11 May 2026
536
12:46 / 11 May 2026
63
12:37 / 11 May 2026
60
12:36 / 11 May 2026
64
12:18 / 11 May 2026
100
12:11 / 11 May 2026
10846
12:07 / 11 May 2026
82
12:01 / 11 May 2026
137
11:53 / 11 May 2026
66
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.