Qaynar xətt:

(+99450) 247 90 86

Sabah 11:00-da işıq kəsiləcək - Bu ərazilərdə 

2020/01/16/1579183897_1579182066_lampa_070919.jpg

CƏMİYYƏT

86

21.01.2026, 23:48

Nehrəm qəsəbəsi və Araz kəndində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Oxu24.com xəbər verir ki, bu barədə Babək Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Bildirilib ki, yanvarın 22-də "Azərişıq" ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) tərəfindən planlı təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar olaraq Araz Su Elektrik Stansiyasından qidalanan 35 kV Nehrəm elektrik xətti razılaşdırılmış sifariş əsasında açılacaq. Təmir-bərpa tədbirləri səbəbindən Babək rayonunun Nehrəm qəsəbəsində və Araz kəndində saat 11:00-dan 12:00-dək elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Qeyd edək ki, təmir işləri enerji təchizatı sistemlərinin gücləndirilməsi, etibarlılığın artırılması və texniki baxışların aparılması məqsədilə həyata keçirilir. Bu çərçivədə müxtəlif ünvanlarda elektrik xətləri və yarımstansiyalarda mərhələli təmir işlərinin görülməsi nəzərdə tutulur.