Qaynar xətt:

(+99450) 247 90 86

Taksi sürücüləri üçün VACİB XƏBƏR

2019-02/1549214420_taxsi.jpg

CƏMİYYƏT

99

31.12.2025, 13:22

Taksi fəaliyyəti göstərilməsi üçün buraxılış vəsiqəsinin əlavəsi olan buraxılış kartının alınması ilə bağlı müraciətlər üzrə növbə 2026-cı ilin 1 yanvar tarixindən etibarən tətbiq olunacaq.

Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Məlumatda bildirilib:

“Müraciətlərin qeydiyyatı və baxılması növbəlilik gözlənilməklə və şəffaflıq təmin edilməklə həyata keçiriləcək.  Növbəlilik sırası gücləndirilmiş imza (elektron imza) ilə göndərilən elektron ərizənin tarix və vaxtına görə müəyyən edilir. Növbədə olan nəqliyyat vasitələrinin sayı haqqında məlumatı AYNA-nın saytından əldə etmək mümkün olacaq”.(“Yeni Sabah” )