Bakıda bu binaya 3,5 milyon manat xərclənəcək
14 Noyabr 2026, 21:02
Qaynar xətt:
(+99450) 247 90 86
İQTİSADİYYAT
820
31.12.2025, 17:24
ABŞ dollarının məzənnəsi həm qlobal iqtisadi proseslərdə, həm də Azərbaycanda gündəlik xərclər və investisiya qərarları baxımından diqqət mərkəzində qalmaqda davam edir. 2025-ci ilin sonlarına yaxın beynəlxalq bazarlarda baş verən proseslər dolların 2026-cı ildə mümkün taleyi ilə bağlı müzakirələri aktuallaşdırıb.
Oxu24.com xəbər verir ki,Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli KONKRET.az-a açıqlamasında bildirib ki, Azərbaycanda valyuta məzənnəsi bazar mexanizmləri ilə deyil, inzibati qaydada tənzimlənir. Onun sözlərinə görə, bu səbəbdən manatın dollara nisbətdə real proqnozlaşdırılması mümkün deyil.
İqtisadçı qeyd edib ki, klassik iqtisadi yanaşma ilə müxtəlif göstəricilər əsasında proqnoz vermək mümkün olsa da, inzibati məzənnə rejimi bu ehtimalları istisna edir:
“Azərbaycanda dolların bahalaşması yalnız inzibati qərar əsasında baş verə bilər. Əgər belə bir qərar olmasa, məzənnədə dəyişiklik gözlənilmir. 2026-cı ildə dolların bahalaşacağını düşünmürəm”.
Natiq Cəfərli vurğulayıb ki, manatın dəyərdən düşməsi üçün çox ciddi iqtisadi şərtlər formalaşmalıdır. Onun sözlərinə görə, neftin qiymətinin 40 dollara qədər enməsi və qlobal iqtisadi böhranların dərinləşməsi kimi hallar dolların bahalaşmasına səbəb ola bilər.
“Gələn il neftin qiymətində müəyyən ucuzlaşma gözlənilsə də, bu, təkbaşına məzənnə dəyişikliyi üçün yetərli deyil”, – deyə o, əlavə edib.
İqtisadçının fikrincə, manatla bağlı konkret qərarın məhz 2026-cı ildə veriləcəyini söyləmək çətindir. Bununla belə, uzunmüddətli perspektivdə dolların bahalaşmasının qaçılmaz olduğunu bildirir:
“Zaman baxımından bunu dəqiq demək mümkün olmasa da, perspektiv baxımından manatın inzibati qərarla ucuzlaşması gec-tez baş verəcək”.
Ekspertin sözlərinə görə, hazırkı mərhələdə əhali üçün əsas məsələ qısamüddətli panikadan uzaq durmaq və iqtisadi prosesləri uzunmüddətli perspektivdə dəyərləndirməkdir.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.