Bakıda bu evlər SÖKÜLƏCƏK -VİDEO
15 May 2026, 23:36
Qaynar xətt:
(+99450) 247 90 86
OXU24 TV
1004
31.12.2025, 11:12
Növbəti ildən etibarən bir sıra sahələrdə inzibati məsuliyyət tədbirləri sərtləşdirilir.
Yəni cərimələrin məbləği artılır. Yeni dəyişikliklər yol hərəkəti, mədəni quruculuq, ekoloji təhlükəsizlik və rəqəmsal mühit kimi sahələri əhatə edir.
Bu cərimələr Milli Məclisin komitə iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb.
Oxu24.com “Xəzər TV”yə istinadən xəbər verir ki, hüquqşünas Ramil Süleymanovun sözlərinə görə, cərimələrin artırılması təkcə cəza məqsədi daşımır, əsas hədəf vətəndaşların məsuliyyətini gücləndirməkdir.
O, deyir ki, növbəti ildən moto sürücülər dəbilqədən istifadə zamanı daha diqqətli olmalıdırlar. Cəzalar sərtləşdirilən daha bir istiqamət də Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama halı ilə bağlıdır.
Belə ki, dövlət tərəfindən mühafizə olunan bu abidələri qəsdən məhv etmə və ya korlamaya görə iki min manatdan dörd min manatadək cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası gözləyəcək.
Hüquqşünas Ramil Süleymanov deyir ki, bağlı İnzibati Xətalar Məcəlləsinin “Xırda xuliqanlıq” maddəsinə əlavələr təklif olunub. Bu əməllərə görə, şəxslər əlli manatdan yüz manatadək məbləğdə cərimə ediləcəklər.
00:49 / 16 May 2026
1
00:37 / 16 May 2026
23
00:00 / 16 May 2026
53
23:36 / 15 May 2026
112
23:31 / 15 May 2026
58
23:27 / 15 May 2026
58
23:25 / 15 May 2026
61
23:22 / 15 May 2026
61
23:20 / 15 May 2026
147
23:19 / 15 May 2026
141
23:19 / 15 May 2026
186
23:15 / 15 May 2026
91
23:09 / 15 May 2026
73
23:08 / 15 May 2026
61
23:04 / 15 May 2026
63
22:50 / 15 May 2026
62
22:44 / 15 May 2026
198
22:33 / 15 May 2026
187
22:24 / 15 May 2026
251
22:01 / 15 May 2026
425
21:31 / 15 May 2026
109
21:21 / 15 May 2026
166
21:10 / 15 May 2026
96
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.