5 il əvvəl çıxdığı işə qayıdır?
13 Noyabr 2026, 18:59
Qaynar xətt:
(+99450) 247 90 86
ŞOU-BİZNES
903
31.12.2025, 17:45
Tanınmış müğənni Zahidə Günəş açıqlaması ilə diqqət çəkib.
"Rəngarəng" verilişinin qonağı olan sənətçi onun barəsində ölüm xəbəri yayıldığını bildirib. Zahidə Günəş bu məlumatın ailəsinə ciddi psixoloji təsir etdiyini deyib:
"Bacım həkimdir. İşdə olarkən qohumlardan biri sosial şəbəkədə ölüm xəbərimi görüb və bunu bacıma deyib. Deyiblər ki, Zahidə bir neçə saat əvvəl rəhmətə gedib, üstünə həkim gəlib. Bu xəbər mənə çox pis təsir etdi", - deyə müğənni qeyd edib.
Sənətçi həmin vaxt evdə olduğunu və heç nədən xəbərsiz gündəlik işləri ilə məşğul olduğunu vurğulayıb.
O, bu cür yalan məlumatların yayılmasını qəbuledilməz adlandırıb:
"Məni tanıyanlar bilir, ürəyimə görə necə insanam. Dedim ki, Yeni ili yaxşı keçirsin, yanvar ayından sonra bu yalan xəbəri yayanlarla məşğul olacağam".
Müğənninin bu etirafı studiyada və sosial şəbəkələrdə geniş rezonans doğurub. İzləyicilər yalan ölüm xəbərlərinin yayılmasını kəskin tənqid edərək, sənətçiyə dəstək olublar./milli.az/
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.